“PAŞA Holding”in iştiraki ilə “Kibertəhlükəsizlikdə qadınlar: Karyera və təhsil” tədbiri keçirilib

“PAŞA Holding”in iştiraki ilə “Kibertəhlükəsizlikdə qadınlar: Karyera və təhsil” tədbiri keçirilib






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Kibertəhlükəsizlik Mərkəzinin, “Women in Cybersecurity Azerbaijan” və “Texio Academy”nin birgə təşkilatçılığı, eləcə də “PAŞA Holding”in iştiraki ilə baş tutan “Kibertəhlükəsizlikdə qadınlar: Karyera və təhsil” tədbiri gənc xanımlar üçün ilhamverici platformaya çevrilib.

Tədbirdə 100-ə yaxın iştirakçı – bu sahədə inkişaf etmək istəyən tələbələr, gənc mütəxəssislər və bu sahədə təmsil olunan qadın peşəkarlar bir araya gəliblər. Panel sessiyalarında uğur hekayələri, təqaüd imkanları, könüllülük proqramları və sahədəki çağırışlar geniş müzakirə olunub. Qeyd edək ki, “PAŞA Holding”i şirkətin informasiya təhlükəsizliyi üzrə meneceri Sona Talıbova təmsil edib.

Qeyd edək ki, “PAŞA Holding” Azərbaycanda kibertəhlükəsizlik cəmiyyətinin böyüməsi və inkişafının dəstəklənməsinə sadiq qalır. Bu cür təşəbbüslər qadınların kibertəhlükəsizlik sahəsində daha inamla irəliləməsinə və öz yolunu tapmasına ilham verir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv