Qusardakı palçıq axını TƏBİƏTİN XƏBƏRDARLIĞIDIR? – Elmi izah

Qusardakı palçıq axını TƏBİƏTİN XƏBƏRDARLIĞIDIR? – Elmi izah






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Hadisə, #Meşə, #Qusar rayonu, #Sosial şəbəkələr, #Zəlzələ

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bu həftə Qusar rayonunun Laza kəndinə gələn palçıq axını narahatlığa səbəb olub. Hadisə ilə bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Bəs görəsən, belə güclü palçıq axınına nə səbəb olub?

Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun şöbə müdiri, ekoloq Ənvər Əliyev mövzu ilə bağlı presstvaz-a danışıb.

O bildirib ki, palçıq axınları torpaq və süxurların suya doyaraq dayanıqlığını itirməsi nəticəsində yaranır:

“Əsasən, güclü yağıntılar, qarın sürətlə əriməsi və ya yeraltı suların səviyyəsinin qalxması bu prosesi sürətləndirir. Qrunt suları torpağı yumşaldaraq onu maye halına gətirir və yığılıb qalmış torpaq kütlələri sürüşərək durulaşmış şəkildə axmağa başlayır.

Əvvəlcə torpağın üst qatı zəifləyir, yamaclarda kiçik parçalanmalar başlayır. Daha sonra bu parçalanmalar birləşərək əvvəlcə zəif, sonra isə güclənən axıntılar əmələ gətirir. Torpağı saxlayan dayanıqlı sistem olmadıqda sürüşmə kütləsi sürətlə aşağıya doğru hərəkət edir.

Xüsusilə dağlıq ərazilərdə bu proses daha çox müşahidə olunur. Çünki orada dərələr, xırda axarlar və dərəvari çaylar palçıq axınlarına meyillidir. Lakin yalnız dağlarda deyil, yamaclı düzənliklərdə, yarımsəhra zonalarında və geoloji cəhətdən qeyri-sabit ərazilərdə də bu hadisələr baş verə bilər”.

Ekspert əlavə edib ki, palçıq axınlarının yaranmasında antropogen amillər də mühüm rol oynayır:

“Meşələrin qırılması, torpaqların həddindən artıq becərilməsi, yol və tikinti işləri yamacların dayanıqlığını zəiflədir və prosesi sürətləndirir.

Zəlzələlər də yamaclarda torpaq kütlələrinin hərəkətə gəlməsinə səbəb ola bilər.

Nəticə etibarilə, palçıq axınları təbiətin adi geoloji hadisəsi olsa da, insanların məskunlaşdığı yerlərə yaxın olduqda ciddi təhlükə yaradır. Yolların, körpülərin, elektrik xətlərinin və kənd təsərrüfatı sahələrinin zədələnməsi, həmçinin insan həyatı üçün risklər mövcuddur. Buna görə də belə ərazilərdə monitorinq aparılması, qoruyucu qurğuların tikilməsi və təhlükəsizlik tədbirlərinin görülməsi vacibdir”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv