Aleksandar Vuçiç: “Prezident İlham Əliyev əsl dostdur”

Aleksandar Vuçiç: “Prezident İlham Əliyev əsl dostdur”






presstv

"Presstv"az #Aleksandar Vuçiç, #Audi, #Azərbaycan, #Bakı, #İlham Əliyev, #Serbiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Azərbaycan və Prezident İlham Əliyev bizim strateji tərəfdaşımız və hətta əsl dostdur və indiki dünyada bunu hər kəs haqqında demək asan deyil”.

presstvaz xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Serbiya Prezidenti Aleksandar Vuçiç deyib.

O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev təkcə Serbiyada tanınmış lider deyil, həm də Serbiya xalqının sevdiyi şəxsdir.

“Eyni zamanda, biz müxtəlif səviyyələrdə əməkdaşlığımızı genişləndirdik. Bir gün əvvəl parlament sədrimiz Bakıda, sizin ölkənizdə oldu və biz kənd təsərrüfatından tutmuş hərbi-texniki əməkdaşlığa qədər müxtəlif sahələrdə, müxtəlif məsələlərdə əməkdaşlıq edirik. Biz bunu gələcəkdə də edəcəyik, əməkdaşlığın səviyyəsini yüksəldəcəyik və təkmilləşdirəcəyik. Azərbaycanlı dostlarımıza və qardaşım Prezident İlham Əliyevə ən xoş arzularımı çatdırıram”, – deyə Serbiya Prezidenti əlavə edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv