Şarl Mişel: “Zəngəzur dəhlizinin açılması Azərbaycanla Ermənistan arasında sülh sazişinin həyata keçirilməsinə təkan verəcək”

Şarl Mişel: “Zəngəzur dəhlizinin açılması Azərbaycanla Ermənistan arasında sülh sazişinin həyata keçirilməsinə təkan verəcək”






presstv

"Presstv"az #Audi, #Avropa, #Azərbaycan, #Ermənistan, #Zəngəzur dəhlizi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Bir neçə il bundan əvvəl Azərbaycan və Ermənistan üçün bir-birini daha yaxşı başa düşmək və məkan tapmaq son dərəcə çətin idi. Mən Brüssel formatı ilə əlimdən gələni etməyə çalışmışam”.

presstvaz xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Avropa Şurasının keçmiş prezidenti Şarl Mişel deyib.

O bildirib ki, Brüsseldə Azərbaycanla Ermənistanın danışıqlar aparması üçün bir sıra fürsətlər olub:

“Bəzən çox çətin idi, çünki fikir ayrılığı var idi. Amma mən hiss etdim ki, irəliləyiş əldə etmək və sülh sazişinə doğru müəyyən addımlar atmaq üçün iradə var. Mən çox şadam ki, bu addımlar atılır. Bilirəm ki, hələ bəzi çətinliklər var, amma ərazi bütövlüyünü möhkəmləndirmək, qarşılıqlı suverenliyin tanınmasını təmin etmək üçün çalışmaq vacibdir. Qarşılıqlı əlaqə çox vacib məsələdir, çünki uzunmüddətli perspektivdə iqtisadi layihələr nə qədər çox olarsa, investisiyalar da bir o qədər artacaq. Mən çox şadam ki, bizim Ermənistanla Azərbaycan arasında birbaşa danışıqlara kömək etmək üçün bəzi fürsətlərimiz olub. Ümid edirəm ki, gələcəkdə bu irəliləyişləri möhkəmləndirmək mümkün olacaq”, – deyə Şarl Mişel əlavə edib

O, Zəngəzur dəhlizinin açılmasının iki ölkə arasında sabitliyin möhkəmlənməsinə və sülh sazişinin həyata keçirilməsinə təkan verəcəyini deyib. Şarl Mişelin sözlərinə görə, dəhliz Avropa İttifaqı ilə Qafqaz və Mərkəzi Asiya arasında bağlantı yaradacaq.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv