Yaponiyanın baş naziri BMT Təhlükəsizlik Şurasını tənqid etdi: “Dəyişiklik vaxtıdır”

Yaponiyanın baş naziri BMT Təhlükəsizlik Şurasını tənqid etdi: “Dəyişiklik vaxtıdır”






presstv

"Presstv"az #Audi, #Siqeru İsiba, #Vəzifə, #Yaponiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Yaponiyanın Baş naziri Siqeru İsiba Birləşmiş Millətlər Təşkilatının (BMT), xüsusilə də Təhlükəsizlik Şurasının (TŞ) öz funksiyalarını tam yerinə yetirmək qabiliyyətinə şübhə etdiyini bildirib və qurumun islahatı çağırışı ilə çıxış edib.

presstvaz TASS-a istinadla xəbər verir ki, o bu fikirləri BMT Baş Assambleyasının 80-ci sessiyasının ümumi siyasi müzakirəsində səsləndirib.

“Biz sual verməliyik: BMT həqiqətən də ondan gözlənilən vəzifələrin öhdəsindən gəlirmi? O, funksiyalarını tam şəkildə icra edirmi?” – deyə İsiba vurğulayıb.

Baş nazir xüsusilə TŞ-nin veto hüququ sistemini tənqid edib.

“İndi TŞ-nin islahatını həyata keçirmək üçün qətiyyət göstərmək vaxtıdır”, – deyə o əlavə edib.

İsiba TŞ-nin daimi və qeyri-daimi üzvlərinin sayının artırılmasını təklif edib. Bununla yanaşı, o qeyd edib ki, sadəcə üzvlərin sayının artırılması yetərli olmayacaq:

“Əminəm ki, TŞ-ni həm daha təmsilçi etmək, həm də səmərəliliyini azaltmadan saxlamaq mümkündür”.

Baş nazir, həmçinin bildirib ki, əgər TŞ-yə yeni daimi üzvlər qəbul ediləcəksə, onlar ilk 15 il ərzində veto hüququndan istifadə etmək imkanına malik olmamalıdırlar.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv