Azərbaycandakı dini konfessiyalar Vaşinqton Bəyannaməsinə dəstəklə bağlı birgə bəyanat qəbul ediblər

Azərbaycandakı dini konfessiyalar Vaşinqton Bəyannaməsinə dəstəklə bağlı birgə bəyanat qəbul ediblər






presstv

"Presstv"az #ABŞ, #ATƏT-in Minsk Qrupu, #Audi, #Azərbaycan, #Cənubi Qafqaz, #Donald Tramp, #Ermənistan, #Gəmi, #İlham Əliyev, #Konstitusiya və Suverenlik İli, #Münaqişə, #Naxçıvan Muxtar Respublikası, #Nikol Paşinyan, #Vaşinqton, #Zəngəzur dəhlizi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycanda fəaliyyət göstərən dini konfessiyalar Vaşinqton Bəyannaməsinə dəstəklə bağlı birgə bəyanat qəbul ediblər.

presstvaz “Report”a istinadən xəbər verir ki, bəyanat Azərbaycandakı dini konfessiyaların Məşvərət Şurasının 27 Sentyabr – Anım Gününə həsr edilən iclasında qəbul olunub.

QMİ sədrinin müavini Qəmər Cavadlının oxuduğu bəyanat mətnində deyilir:

“Biz, Azərbaycandakı dini konfessiyaların rəhbərləri Azərbaycan Prezidenti İlham Əliyev cənablarının “Konstitusiya və Suverenlik İli” elan etdiyi 2025-ci ildə – Böyük Qarabağ Zəfərinin beşinci ildönümü ərəfəsində Azərbaycan xalqına yaşatdığı misilsiz qürur və sevincə görə Azərbaycan din xadimlərinin və dindarlarının dərin minnətdarlığını ifadə etməkdən böyük şərəf duyuruq.

Müdrik dövlətçilik təfəkkürü və dəmir siyasi iradə ilə Azərbaycanın ərazi bütövlüyünü və əzəli torpaqları üzərində suverenliyini tam bərpa etmiş İlham Əliyev cənabları beynəlxalq müstəvidə qələbəmizi bütün dünya ictimaiyyətinə nümayiş etdirdi. 2025-ci il avqustun 8-də ABŞ-nin Vaşinqton şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında keçirilmiş Zirvə görüşünün nəticələrini tarixi əhəmiyyətli nailiyyət kimi qəbul edir, müzəffər öndərimizin uğurlu dövlətçilik siyasətinin məntiqi nəticəsi olaraq dəyərləndiririk.

Azərbaycan Prezidentinin dünyanın lider ölkəsində yüksək səviyyədə qəbulu zamanı imzalanmış sənədlərin dəyər və mahiyyəti onların tarixi əhəmiyyətini müəyyən edir. Ölkəmizə qarşı uzun illər ərzində qərəz nümunəsi olan “907-ci düzəliş”in ABŞ Prezidenti Donald Tramp tərəfindən nümayişkaranə şəkildə ləğv edilməsi Azərbaycanın dövlət rəhbərinə olan ehtiram və etimadın təcəssümü, Prezidentin şəxsində Azərbaycan dövlətinə edilən mühüm dəstək aktı oldu.

Bölgəmizdə yeni bir dövrün başlanğıcını qoyan Birgə Bəyannamə təkcə dövlətlərarası münasibətlərin normallaşmasının deyil, həm də sülhün, sabitliyin və firavanlığın bərqərar olunmasının rəsmi təsdiqidir. ATƏT-in Minsk qrupu və onunla bağlı strukturların fəaliyyətinə son qoyulması münaqişə səhifəsinin qapandığını və beynəlxalq hüquqa əsaslanan yeni reallıqların qəbul edildiyini göstərir. Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsi arasında maneəsiz bağlantının təmin olunması və Ermənistan ərazisindən keçəcək Zəngəzur dəhlizi “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsinin reallaşdırılması, heç şübhəsiz, regionun iqtisadi inkişafı və xalqların rifahı üçün yeni imkanlar açır. Cənubi Qafqazda sülhün, sabitliyin və mehriban qonşuluq münasibətlərinin bərpa edilməsi üçün dönüş nöqtəsi olan bu tarixi sənəd münaqişə səhifəsinin qapanmasını, revanşizm meyillərinin istisna olunmasını və sülh yolunu təmin etməklə gələcək nəsillər üçün parlaq imkanlar açır. Beləliklə, Azərbaycanın dövlət başçısı Azərbaycan xalqına dünyamiqyaslı daha bir Zəfər bəxş etdi, qlobal siyasi-diplomatik müstəvidə tarixi ədalətin bərpasına, suverenliyimizin ali məqamda təsdiqinə, ölkəmiz və bölgəmiz üçün yeni perspektivlərin açılmasına nail oldu.

Azərbaycandakı dini konfessiyaların rəhbərləri və dindarlar Vaşinqton razılaşmalarını sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi kimi yüksək dəyərləndirir, bu yola öz dəstək və dualarını verirlər. Milli-mənəvi və ümumbəşəri dəyərlərə ehtiramı ilə seçilən öndərimiz, dünya müstəvisində ölkəmizə fəxarət yaşadan müzəffər liderimizin sülh və tərəqqi yönündə səy və əməllərinə, Azərbaycan xalqı və dövləti naminə fədakar fəaliyyətinə ulu rəbbimizdən rəvac diləyirik. Uca yaradan xalqımızı, vətənimizi, dövlətimizi və qalib dövlət rəhbərimizi qorusun! Amin!”


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv