Lənkəranda məktəbin direktor müavininin şagirdi və xadiməni döyməsi üzrə qərar qəbul edilib

Lənkəranda məktəbin direktor müavininin şagirdi və xadiməni döyməsi üzrə qərar qəbul edilib






presstv

"Presstv"az #Araşdırma, #Audi, #Cinayət işi, #Fiziki zorakılıq, #Lənkəran, #Lənkəran-Astara Regional Təhsil İdarəsi, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Lənkəran rayonunun Zövlə kəndində məktəb direktorunun müavininin səlahiyyət çərçivəsini aşması ilə bağlı araşdırma aparılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan presstvaz-ın sorğusuna cavab olaraq bildirilib ki, tərəflərin cari il martın 14-də daxil olmuş müraciətləri əsasında Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılıb.

“Müvafiq ekspertizalar təyin edilib və digər prosessual hərəkətlər həyata keçirilib. Araşdırmanın nəticəsinə uyğun olaraq, müvafiq qərar qəbul edilib. Prosessual qanuna əsasən, ekspertiza rəyi və tərəflər arasında barışığın olması səbəbindən cinayət işinin başlanması rədd edilib”, – deyə məlumatda bildirilir.

11:00

Lənkəran rayonunun Zövlə kəndində məktəb direktorunun müavini səlahiyyət çərçivəsini aşıb.

presstvaz xəbər verir ki, bununla bağlı videogörüntü yayımlanıb.

Qeyd olunub ki, direktor müavini şagirdə və xadiməyə əl qaldırıb.

Məsələ ilə bağlı presstvaz-ın sorğusuna cavab olaraq Lənkəran-Astara Regional Təhsil İdarəsindən bildirilib ki, 11 mart 2025-ci il tarixində Lənkəran rayonu M.Qarayev adına Zövlə kənd tam orta ümumtəhsil məktəbinin məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçısı Qurban Sadıqov tərəfindən şagirdə və xadiməyə fiziki zorakılıq davranışı iddiası əsasında qurum tərəfindən araşdırma aparılıb.

“Təlim-tədris prosesi zamanı belə halların yolverilməzliyi nəzərə alınaraq, 17 aprel 2025-ci il tarixində məktəbin məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçısı Qurban Sadıqovla bağlanmış əmək müqaviləsinə xitam verilib.

Qeyd edək ki, təhsilverənlərin etik davranış qaydalarına əməl etməsi, eyni zamanda, şagirdlərin təhlükəsizliyi və psixoloji durumu daim diqqət mərkəzində saxlanılır, bu istiqamətdə zəruri maarifləndirmə işləri görülür”, – deyə məlumatda bildirilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv