Ukrayna Kosmik Qoşunlar yaradacaq: Tarix açıqlandı

Ukrayna Kosmik Qoşunlar yaradacaq: Tarix açıqlandı






presstv

"Presstv"az #Audi, #Kiyev, #Nazirlər Kabineti, #Ukrayna

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Kiyev 2025-ci ilin sonuna qədər Ukrayna Silahlı Qüvvələrinin Kosmik Qoşunlarını yaratmağı planlaşdırır.

presstvaz bildirir ki, bu barədə “Sudebno-yuridiçeskaya qazeta” Ukrayna hökumətinin bəyanatlarına istinadən məlumat verib.

“2025-ci il dekabrın 31-dək kosmik qüvvələrin yaradılması ilə əlaqədar müdafiə qüvvələrinin strukturu yenilənməli, onların fəaliyyət göstərməsinin hüquqi və təşkilati əsasları yaradılmalıdır”, – deyə nəşr qeyd edib.

Məlumata görə, müvafiq məqsədlər hökumətin fəaliyyət proqramında öz əksini tapıb ki, bunu Nazirlər Kabineti baxılması üçün Ali Radaya təqdim edib.

Bildirildiyinə görə, Ukrayna hökuməti müdafiə və təhlükəsizlik sahəsində qarşısına bir sıra iddialı məqsədlər qoyub ki, onların içində Kosmik Qoşunlar da daxil olmaqla, müdafiə qüvvələrinin yeni modelinin formalaşdırılması da var. Nazirlər Kabinetinin fəaliyyət proqramının layihəsinə əsasən, bu cür qoşun növünün yaradılması 2025-ci il dekabrın 31-dək başa çatdırılmalıdır.

İnteqrasiya edilmiş hava və raket əleyhinə müdafiə, həmçinin kiber və kosmik komponentlərin inkişafına xüsusi diqqət yetirilir. Plana görə, 2025-ci ilin sonuna qədər bu istiqamətlər üzrə ən azı 60 faiz əməliyyat hazırlığına nail olunmalıdır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv