“Harri Potter”in ulduzu: “Çox çətin günlər yaşamışam”

“Harri Potter”in ulduzu: “Çox çətin günlər yaşamışam”






presstv

"Presstv"az #Ailə, #Audi, #Harri Potter

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Harri Potter” film seriyasının məşhur ulduzu Emma Uotson həyatının çətin dönəmlərindən danışıb. Aktrisa etiraf edib ki, karyerasının əvvəlində qazandığı şöhrət ona böyük təzyiq göstərib və nəticədə o, çox çətin günlər yaşayıb.

presstvaz xəbər verir ki, bu barədə o, “Metro” nəşrinə verdiyi müsahibədə danışıb.

Uotson bildirib ki, məhz bu səbəbdən o, yeddi illik fasilə götürməli olub. Lakin indi aktrisa yenidən kinoya qayıtmaq istədiyini və aktrisalıq üçün darıxdığını vurğulayıb.

“Aktrisalıq mənim üçün dərin bir meditasiya formasıdır. Bu sənətin verdiyi azadlıq hissi üçün çox darıxıram”, – deyə aktrisa söyləyib.

Emma Uotson, həmçinin, şəxsi həyatın önəmini qeyd edib:

“Əslində ən vacib olan həyatınızın təməlidir – eviniz, dostlarınız, ailəniz. Mən uzun müddət o qədər çox işlədim ki, həyatım sanki dibə çatdı”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv