Masallıda antik dövrə aid küp məzarı üzə çıxıb

Masallıda antik dövrə aid küp məzarı üzə çıxıb






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Masallı, #Masallı rayonu, #Xəzər dənizi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Masallı rayonunun Eminli kəndi ərazisində xilasetmə tədbirləri nəticəsində antik dövrə aid küp məzarı tapılıb və tədqiq edilib.

presstvaz xəbər verir ki, bu barədə “Report”a AMEA Arxeologiya və Antropologiya İnstitutundan məlumat verilib.

Bildirilib ki, institutun aparıcı elmi işçiləri, dosent Anar Ağalarzadə və Dmitriy Kiriçenkonun apardığı qazıntılar zamanı üzə çıxmış və şərti olaraq “3 №-li küp məzarı” kimi qeyd edilmiş bu maraqlı dəfn abidəsi düzən sahədə 40 sm dərinlikdən tapılıb.

Maraqlı xüsusiyyət ondan ibarətdir ki, məzar bütünlüklə dəniz balıqqulağı ilə örtülüb və hətta dəfn küpünün içərisi də balıqqulağının təsirindən ciddi zədələnib. Bunun da başlıca səbəbi dəfndən çox sonralar Xəzər dənizinin qabarması nəticəsində ərazini su basıb və qəbirlər uzun müddət su altında qalıb.

Tədqiq olunan küp qəbir yan üstə, ağız hissəsi qərb istiqamətində basdırılıb. Dəfn qabının ağzının bir tərəfində keyfiyyətsiz gildən zəif hazırlanmış bir qulplu küp qoyulub, lakin kəskin rütubətin təsirindən qeyd olunan qab dağılıb. Küpün kənarında bir kiçik həcmli ağzı novçalı qab da qoyulub. Bu qab oynoxoya (və ya enoxoya) tipli, ağzı yuvarlaq şəkildə üç yerə şaxələnən təkqulplu dolçadır. Adının mənasından bilindiyi kimi, şərab saxlamaq üçün istifadə olunub. Dəfn prosesi zamanı küpün ağız tərəfində ocaq qalanıb ki, bu da elmi ədəbiyyatda pis və şər ruhlardan təmizlənmək mənasını daşıyır.

Küpün içərisində sıx bükülü şəkildə, sağ yanı üstə, üzü cənub-qərb istiqamətində insan dəfn edilib.

Antropoloq D.Kiriçenkonun fikrincə, küp qəbirdəki insan Qafqaz görünüşünə malik yetkin kişi skeletinin qalıqlarıdır. İnsanın dişlərində ciddi aşınma, həmçinin kariyes və diş daşları olub. Skeletin bud sümükləri yüksək fiziki fəaliyyətin göstəricisidir ki, bu da “atlı döyüşçü” kimi qiymətləndirilə bilər. Qəbirdən aşkar edilən dəmir cida ucluğu dolayısı ilə qeyd olunan fikirləri təsdiqləyir. Belə ki, dəfn olunan insan at sürən və nizə atan döyüşçü kimi, çox güman ki, süvarilərə mənsub olub.

Skeletin ətrafında üç balaca miniatür qab (yağ və ya ətriyyat qabı) və bir kasa qoyulub. Qəbirdən aşkar edilən saxsı qablar həm yerli saxsı məmulatları, həm də Aralıq dənizi regionundan gətirildiyini güman etməyə imkan verir.

Küpün içərisindən çoxlu müxtəlif tipli və ölçülü muncuqlar, skeletin qulağında bir cüt, üzərində qaynaqlama üsulunda üzüm təsviri formasında hazırlanmış qızıl sırğalar tapılıb.

Qeyd edilib ki, sözügedən küp qəbrini Azərbaycanın cənub-şərqində qədim dövrə aid həm yerli istehsal, həm də xaricdən gətirilən dəyərli əşyaları özündə ehtiva edən, hələlik yeganə zəngin dəfn abidəsi hesab etmək olar.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv