Daha bir cüdoçumuzun gözləri görürmüş: Avropa çempionatına buraxılmayıb

Daha bir cüdoçumuzun gözləri görürmüş: Avropa çempionatına buraxılmayıb






presstv

"Presstv"az #Astana, #Audi, #Avropa, #Gürcüstan, #İdman, #Kiyev, #Qazax, #Qazaxıstan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Gürcüstanın paytaxtı Tbilisidə 18-21 sentyabr tarixlərində keçirilmiş paracüdo üzrə Avropa çempionatına daha bir idmançımızın buraxılmadığı aşkara çıxıb.

presstvaz Prosport.Az-a istinadən xəbər verir ki, qismən görmə məhdudiyyətli cüdoçuların yarışmalı olduğu J2 kateqoriyasında güləşməyi hədəfləmiş İlkin Nəsibovun gözlərində heç bir problem olmadığı aydın olub.

Yarışda kişi idmançılardan İsmayıl Muradov (J1, 70 kq), Əbdülrəhman Rzazadə (J1, 70 kq), Məhəmməd Əkbərov (J2, 70 kq), Saleh Sultanov (J2, 81 kq), Mehman Hüseynov (J1, +95 kq), İlham Zəkiyev (J1, +95 kq), qadınlardan isə Dürsədəf Kərimova (J2, +70 kq) və Xatirə İsmiyeva (J1, +70 kq) mübarizə aparıblar.

Qeyd edək ki, yarışda yalnız paralimpiya çempionlarımız medal qazana biliblər. Milli Paralimpiya Komitəsinin vitse-prezidenti olan İlham Zəkiyev 9-cu dəfə Avropa çempionu olub, Dürsədəf Kərimova isə gümüş medalla kifayətlənib.

Xatırladaq ki, daha əvvəl mayda Qazaxıstanın paytaxtı Astanada keçirilmiş dünya çempionatında qadın cüdoçularımızdan paralimpiya çempionu Şəhanə Hacıyevanın gözlərində görmə ilə bağlı problem olmadığı üzə çıxmış və o, yarışa buraxılmamışdı. İdmançımız bununla da ömürlük paracüdo yarışlarından uzaqlaşdırılmışdı.

Həm Şəhanə Hacıyeva, həm də İlkin Nəsibov Sumqayıtda Fərid Ağakişiyevin tələbələri sayılır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv