Konsert üçün getdikləri Meksikada itkin düşən müğənnilərin MEYİTLƏRİ TAPILDI

Konsert üçün getdikləri Meksikada itkin düşən müğənnilərin MEYİTLƏRİ TAPILDI






presstv

"Presstv"az #Audi, #Haber Global, #Hadisə, #Kolumbiya, #Meksika, #Qustavo Petro

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Meksikaya konsert üçün qastrol səfərində olan kolumbiyalı müğənnilər Bayron Sançes (səhnə adı “B-King”) və Xorxe Luis Herreranın (Dj Regio Clown) meyitləri tapılıb.

presstvaz xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Məlumata görə, sentyabrın 16-dan bəri itkin düşən 31 yaşlı Sançes və 35 yaşlı Herreranın cəsədləri paytaxt Mexikodan təxminən 50 kilometr məsafədə yerləşən Kokotitlan qəsəbəsində aşkarlanıb.

Mexiko Baş Prokurorluğu hadisə ilə bağlı genişmiqyaslı istintaqa başladığını açıqlayıb. Yerli mətbuat isə sənətçilərin qətlində narkokartellərin əlaqəsi ola biləcəyini yazıb.

Kolumbiya Prezidenti Qustavo Petro sənətçilərin ölümündə beynəlxalq mafiyaları və narkotik qaçaqmalçılarını günahlandırıb.

Qeyd edək ki, Sançes və Herrera sonuncu dəfə Mexikonun Polanko məhəlləsində idman zalından çıxarkən görünüblər. Onların tapılması üçün Kolumbiya prezidenti meksikalı həmkarına müraciət etmişdi. Meksika Prezidenti Klaudiya Şeynbaum da gənc musiqiçilərin tezliklə tapılması üçün göstəriş vermişdi.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv