Ermənistan vətəndaşlarının məhkəməsində Xocalı soyqırımı, Qarakənd faciəsi və digər cinayətlərlə bağlı sənədlər elan edilib

Ermənistan vətəndaşlarının məhkəməsində Xocalı soyqırımı, Qarakənd faciəsi və digər cinayətlərlə bağlı sənədlər elan edilib






presstv

"Presstv"az #Anar Rzayev, #Ararat Mirzoyan, #ATƏT-in Minsk Qrupu, #Audi, #Avto, #avtobus, #Azərbaycan, #Bakı, #Bakı Hərbi Məhkəməsi, #Baş redaktor, #Cinayət işi, #Deportasiya, #Ermənistan, #Hadisə, #Hakim, #Jurnalistlər, #Meşə, #Milli Məclis, #Müharibə, #Müharibə cinayətləri, #Münaqişə, #Nikol Paşinyan, #Qazax, #Qazaxıstan, #Qəsdən adam öldürmə, #Rusiya, #Silahlı münaqişə, #sumo, #Şuşa, #Xocalı soyqırımı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Arutyunyan, Arkadi Qukasyan, Bako Saakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası sentyabrın 22-də davam etdirilib.

presstvaz AZƏRTAC xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Təqsirləndirilən şəxs Arayik Arutyunyanın vəkili vəsatətlə çıxış edərək bildirib ki, məhkəmədə elan olunan sənədlərin çoxluğunu nəzərə alaraq, sübutların qismən tədqiqi həyata keçirilsin. Əgər hansısa epizod təqsirləndirilən şəxsin və müdafiəçinin marağında olarsa, o zaman məhkəməyə müraciət edilsin və həmin epizoda dair sübutlar tədqiq olunsun.

Təqsirləndirilən şəxs Arayik Arutyunyan vəsatətlə razı olduğunu, digər müdafiəçilər və təqsirləndirilən şəxslər, dövlət ittihamçıları, zərərçəkmiş şəxslər və onların nümayəndələri də etiraz etmədiklərini bildiriblər.

Hakim Zeynal Ağayev vəsatətin məhkəmə tərəfindən təmin edildiyini diqqətə çatdırıb.

Sonra təqsirləndirilən şəxs Bako Saakyanın vəkili çıxış edərək, müdafiə etdiyi tərəfin ifadələri ilə tanış olmaq üçün həmin sənədlərin surətlərinin təqdim olunmasını istəyib.

Hakim bildirib ki, həmin sənədləri məhkəmə iclas katibi ilə əlaqə saxlayıb götürə bilərlər.

Məhkəmə prosesi sənədlərin tədqiqi ilə davam etdirilib. Bildirilib ki, elan ediləcək sənədlər epizodlar üzrə tədqiq olunacaq.

1991-ci il avqustun 23-də Əsgəran rayonunun Cəmilli kəndində “UAZ” markalı avtomobilin atəşə tutulması faktı üzrə sənədin tədqiqi zamanı bildirilib ki, içərisində çoxsaylı sərnişin olan “UAZ” markalı avtomobilin ermənilər tərəfindən avtomat silahlardan atəşə tutulması nəticəsində N.F.Salahov, V.İ.Sadıxov və M.S.Abdullayeva həlak olub, çoxlu sayda sərnişin yaralanıb.

Digər cinayət işi Ermənistan ordusu tərəfindən 1992-ci ilin fevralında Şuşa rayonunun Malıbəyli və Quşçular kəndlərinin iri və kiçikçaplı silahlardan intensiv atəşə tutulması, ağır texnikalardan istifadə etməklə hər iki kəndə hücumla bağlı olub. Bu hadisələr nəticəsində Malıbəyli kənd sakinlərindən çoxlu sayda şəxs öldürülüb, bir neçə nəfər itkin düşüb, Quşçular kəndində isə bir neçə nəfər öldürülüb, çoxlu sayda şəxs isə girov götürülüb.

Daha bir cinayət işi – 1991-ci il sentyabrın 8-də Xocavənd rayonunda “LAZ” markalı avtobusun atəşə tutulması faktı üzrə sənəd tədqiq olunarkən bildirilib ki, Kiş kəndinin fermasının yaxınlığında avtomat silahlarla silahlanmış ermənilər tərəfindən avtobusa açılan atəş nəticəsində bir neçə nəfər hadisə yerində ölüb, onlarla şəxs yaralanıb.

Digər sənəd 1991-ci il noyabrın 4-5-də Qazax rayonunun Xeyrimli kəndinin silahlılar tərəfindən müxtəlif növ silahlardan atəşə tutulması ilə bağlı olub. Hadisə nəticəsində həmin kənd sakinlərindən çoxlu sayda şəxs həlak olub və müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Təqsirləndirilən şəxs David Manukyan söz alaraq – “Ermənistan Respublikasının vətəndaşı Nikol Vova oğlu Paşinyanın (baş nazir Nikol Paşinyan nəzərdə tutulur – red.) şahid qismində çağırılmasını, yaxud videokonfrans vasitəsilə məhkəmə prosesinə qoşulmasını” məhkəmədən xahiş edib.

Təqsirləndirilən şəxs David Babayan “ATƏT-in Minsk qrupunun həmsədrləri”nin, xüsusilə də səfir Anjey Kaspşikin, habelə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın məhkəməyə şahid qismində cəlb olunmasını hakimdən xahiş edib. “O adamlar bizi tanıyırlar və birbaşa əlaqədə olmuşuq. Onlar çox yaxşı şahid olarlar”, – deyə o əlavə edib.

Təqsirləndirilən şəxs Davit İşxanyan vaxtilə Azərbaycan ərazilərində olmuş Rusiya sülhməramlılarının 6 generalının – general Muradov, general Kosobokov, general Anaşkin, general Volkov, general Lentsov və general Kulakovun şahid qismində cəlb olunmasını məhkəmədən xahiş edib.

“Mənim onlara bir sıra suallarım var. Onlar burada olan 15 nəfərlə birbaşa və yaxud bilvasitə əlaqədə olublar. Yenidən təkrar edirəm: birbaşa və yaxud bilavasitə. Düşünürəm ki, məhkəmənin də onlara sualları olar. Əgər alınmasa belə, onların burada iştirakını videobağlantı vasitəsilə təmin edəsiniz”, – deyə o əlavə edib.

Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev vəsatətə münasibət bildirərək qeyd edib ki, hazırkı mərhələdə ittiham tərəfinin təqdim etdiyi sənədlər tədqiq olunur.

Bundan başqa, adları qeyd olunan şəxslərlə bağlı isə qeyd edib ki, məhkəməyə dəvət olunması xahiş edilən həmin şəxslərin təqsirləndirilən şəxslərə verilmiş və hazırda məhkəmədə baxılan ittihamlarla əlaqəsi yoxdur.

Odur ki, onların məhkəmədə şahid qismində və ümumiyyətlə hər hansı bir digər şəxs qismində dindirilməsinə zərurətin olmaması vurğulanıb. Qeyd olunanlara əsasən dövlət ittihamını müdafiə edən prokuror vəsatətin təmin olunmamasını məhkəmədən xahiş edib.

Məhkəmə iclasına sədrlik edən tərəfləri dinləyərək verilmiş vəsatətin rədd olunması haqqında qərar qəbul edib. Qərarı əsaslandıran zaman sədrlik edən qeyd edib ki, müdafiə tərəfi vəsatətdə hansı halların araşdırılması, bu halların ittihamla bağlılığı və s. əhəmiyyət kəsb edən halları göstərməyib.

Məhkəmə prosesi sənədlərin tədqiqi ilə davam etdirilib.

1991-ci il noyabrın 20-də hərbi vertolyotun vurulması faktı üzrə elan olunan sənəddə bildirilib ki, hadisə zamanı aralarında Azərbaycanın baş prokuroru, III dərəcəli dövlət ədliyyə müşaviri İsmət Qayıbov, müdafiə və dövlət təhlükəsizliyi məsələləri üzrə dövlət müşaviri, milis general-mayoru Məhəmməd Əsədov, dövlət katibi Tofiq İsmayılov, baş nazirin müavini Zülfü Hacıyev, Milli Məclisin deputatları Vaqif Cəfərov və Vəli Məmmədov, Prezident Aparatının şöbə müdiri, jurnalist Osman Mirzəyev, Qazaxıstan daxili işlər nazirinin müavini, general-mayor Saylal Dosumoviç Serikov, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, telejurnalist Alı Mustafayev və digərlərinin də olduğu 22 nəfər həlak olub. Xocavənd rayonunun Qarakənd kəndində hadisə yerinə baxış keçirilib, vertolyotun aparıcı vintinin qurtaracaq hissəsinin güllə deşmiş qırığı, vertolyotun güllə deşmiş qırıqları və s. aşkar edilib.

Daha bir sənəd Salatın Əziz qızı Əsgərova və digərlərinin öldürülməsi faktı üzrə olub.

1992-ci il yanvarın 28-də sərnişin helikopteri ilə bağlı sənəddə göstərilir ki, vertolyot Ermənistan silahlı qüvvələri tərəfindən raketlə vurulub. Nəticədə vertolyot torpaq yola çırpılaraq partlayıb, 42 nəfər ölüb.

Xocalı soyqırımı ilə bağlı cinayət işinin sənədləri də diqqətə çatdırılıb. Bildirilib ki, hadisə yerinə baxış vertolyotla ərazinin üzərindən hərəkət etməklə keçirilib, bu zaman Xocalı şəhərində evlərin alovlar içərisində yandığı, şəhərin küçələrində təxminən 500-dək şəxsin meyiti, zədələnmiş və yandırılmış müxtəlif markalı avtomaşın və avtobuslar, küçələrdə Ermənistan silahlı qüvvələrinin hərbçilərinin piyada hərəkət etdikləri müşahidə edilib. Bu zaman həmin Ermənistan silahlı qüvvələri istintaq-əməliyyat qrupunun olduğu vertolyotu da avtomat silahlardan atəşə tutub.

Sənədlərə əsasən, “Azərinform”un (indiki AZƏRTAC – red.) fotomüxbiri İlqar Cəfərov şahid qismində ifadəsində göstərib ki, 1992-ci il fevralın 26-da Xocalı faciəsinin törədilməsi barədə məlumatı alan kimi əraziyə gedib, martın 1-də səhər tezdən Ağdam şəhər məscidinin önündə Xocalı qırğınından xilas olan, oradan qaçarkən soyuqdan donmuş, yaralanmış dinc sakinlərin, erməni hərbçilər tərəfindən Xocalıda qətlə yetirilmiş yaxın adamlarının meyitlərini gözləyən insanların, gətirilən meyitlərin yaxın şəxslərinin faciəsini fotoşəkillərlə qeydə alıb.

Şahid qismində dindirilmiş Baş fotoinformasiya redaksiyasının müxbiri Oqtay Məmmədov ifadəsində göstərib ki, 1992-ci il martın 3-də Bakı şəhərinin Təcili yardım xəstəxanasına gedərək Xocalıdan gətirilmiş yaralı şəxslərin fotoşəkillərini çəkib. Bunlardan hər iki valideyni qətlə yetirilmiş 8 yaşlı Xatirə Orucovanın, gözlərinin qarşısında 2 qardaşı qətlə yetirilmiş 18 yaşlı Xuramanın, Ermənistan silahlı qüvvələrinin atəşlərindən qaçarkən Naxçıvanlı kəndi yaxınlığındakı meşədə qarlı ərazidə ayaqlarını don vurmuş 13-14 yaşlı Mübariz Həmidovun və Mübariz Mahmudovun şəxsiyyətini yadda saxlasa da, qalan şəxslər barədə məlumatı olmayıb.

Habelə şahid qismində dindirilmiş “Azərinform”un Fotoxronika bölməsinin baş redaktoru Mixail Çanurovun, “Ostankino” Teleradio şirkətinin Azərbaycan Respublikasında müxbir məntəqəsinin müdiri Mais Məmmədovun da ifadələri elan edilib.

Sənədlərin tədqiqi cinayət işlərinə aid fotolarla müşayiət olunub.

Dövlət ittihamçısı Fuad Musayev vəsatətlə çıxış edərək, məhkəmə iclasında 1991-1992-ci illərdə baş verən cinayət hadisələri tədqiq edildiyinə görə, Ermənistanın müdafiə nazirinin sabiq müavini Manvel Qriqoryanın mətbuata müsahibəsinin sübut kimi tədqiq olunmasını xahiş edib.

Hakim dövlət ittihamçısının vəsatətini təmin edib.

Məhkəmə prosesinin gedişində təqsirləndirilən şəxs Davit İşxanyan vəkili ilə konfidensial görüş üçün imkan yaradılmasını istəyib.

Məhkəmə vəsatəti təmin edib.

Konfidensial görüşdən sonra təqdim olunan videomüsahibədə M.Qriqoryan Azərbaycan dövlətinə və xalqına qarşı törədilmiş cinayətlərdə iştirak etdiyini söyləyir. O, müsahibəsində rəhbərlik etdiyi cinayətkar təşkilatın fəaliyyətindən, onun üzvlərinin silahlanaraq Azərbaycan ərazilərinə göndərilməsindən də danışır. “Hətta onları yoldan oğurlayırdıq, tuturduq, döyürdük, qorxudurduq ki, gəlməsinlər… Ağbulaq məktəbində həm erməni, həm də türklər birlikdə idilər, böyük məktəb idi. Biz məktəblərdə uşaqlarla işləyirdik ki, türkləri döysünlər…”, – kimi ifadələr səsləndirən M.Qriqoryan müsahibəsində qeyd edir ki, “hər şeyi bilərək, yəni biz idarə edirdik…”

Məhkəmə prosesi sentyabrın 25-də davam etdiriləcək.

12:10

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir.

presstvaz “Report”a istinadla xəbər verir ki, proses Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə baş tutur.

Xatırladaq ki, ötən prosesdə zərərçəkmiş şəxslər ifadə veriblər.

Qeyd edək ki, onlar Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma Dağlıq Qarabağ respublikası və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi soyğunçuluq və digər qanunsuz əməllərdə təqsirləndirilirlər.

Xatırladaq ki, Ermənistan Respublikası və onun silahlı qüvvələri, o cümlədən Ermənistanın yaratdığı qanunsuz “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər – Arkadi Arşaviri (Arşaviroviç) Qukasyan, Arayik Vladimiri (Vladimiroviç) Arutyunyan, Bako Saaki (Saakoviç) Saakyan, Davit Rubeni (Rubenoviç) İşxanyan, Davit Klimi (Klimoviç) Babayan, Lyova Henrixi (Henrixoviç) Mnatsakanyan, Davit Azati (Azatoviç) Manukyan, Qarik Qriqori (Qriqoroviç) Martirosyan, Melikset Vladimiri (Vladimiroviç) Paşayan, Davit Nelsoni (Nelsonoviç) Allahverdiyan, Qurqen Omerosi (Omerosoviç) Stepanyan, Levon Romiki (Romikoviç) Balayan, Madat Arakeli (Arakeloviç) Babayan, Vasili İvani (İvanoviç) Beqlaryan və Erik Roberti (Robertoviç) Qazaryana qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv