Rusiya hücum etsə, Tramp bu ölkələri qorumayacaq – FT

Rusiya hücum etsə, Tramp bu ölkələri qorumayacaq – FT






presstv

"Presstv"az #ABŞ, #Alyaska, #Donald Tramp, #Estoniya, #Rusiya, #Ukrayna, #Vaşinqton

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Vaşinqtonun Baltikyanı ölkələrə reaksiyasındakı qeyri-müəyyənlik Moskva üçün əsas amildir.

presstvaz xəbər verir ki, bu barədə “Faynənşl Tayms” qəzetində yayımlanan məqalədə deyilir.

Nəşr Estoniya sərhədində Rusiya qırıcılarının hava məkanını pozmasına diqqət çəkir.

Bununla belə, nəşr qeyd edir ki, əgər Rusiya nə vaxtsa, məsələn, Estoniyaya və ya NATO-nun hər hansı digər ölkəsinə genişmiqyaslı işğala başlamaq qərarına gəlsə, ABŞ Prezidenti Donald Trampın buna necə cavab verəcəyi ilə bağlı açıq sual yaranır.

"İşğal və hücum olarsa Putini nə gözləyir? Amerika altıncı donanmasının Baltik dənizinə gəlməsi, yoxsa Alyaskada görüşə dəvət?” – Litvanın keçmiş xarici işlər naziri Qabrielius Landsberqis bildirib.

Nəşrin yazdığına görə, Tramp administrasiyası ilə onun Baltikyanı müttəfiqləri arasında real gərginlik var.

Tramp administrasiyasındakı bəzi dairələrdə düşünürlər ki, Baltikyanı ölkələr Putinə münasibətdə təhlükəli dərəcədə aqressivdir.

Bu yaxınlarda Pentaqonda keçirilən yüksək səviyyəli görüşdə Baltikyanı ölkələrin rəsmiləri Rusiyaya qarşı “ideoloji” müxalifətdə ittiham olunublar:

"Baltikyanı ölkələrlə ABŞ arasında şübhələrin qarşılıqlı olduğu bildirilir. Estoniya Xarici İşlər Nazirliyinin dəhlizlərində ABŞ-ın 2024-cü ilin fevralında Rusiya ilə eyni istiqamətdə səs verdiyi BMT-nin Ukrayna üzrə debatının səsvermə nəticələrinin böyük surətinin nümayiş etdirildiyi iddia edilir. Mesaj aydın görünürdü: Donald Tramp administrasiyasının onların tərəfində olduğunu düşünməyin".


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv