Azərbaycanda bu avtomobillərə tələbat kəskin artdı

Azərbaycanda bu avtomobillərə tələbat kəskin artdı






presstv

"Presstv"az #ABŞ, #ABŞ dolları, #Avto, #avtomobillər, #Azərbaycan, #Çin, #Dollar, #Elektrikli avtomobil, #Elektrikli avtomobillər

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Son illərdə Azərbaycana elektrikli avtomobil idxalı sürətlə artıb. Əvvəllər hər ay cəmi 5-10 ədəd elektrik avtomobil gətirilirdisə, hazırda bu rəqəm 1000-1400 ədədə yüksəlib.

presstvaz Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu ilin yanvar-avqust aylarında ölkəyə ümumilikdə 5773 ədəd elektrik avtomobili idxal olunub.

Belə ki, yanvar ayında 139 ədəd elektrikli avtomobili gətirilib. İdxalın ümumi dəyəri 6,59 milyon dollar təşkil edib. Fevralda bu rəqəm 309-a çatıb. Əməliyyatın ümumi dəyəri 12,08 milyon dollar olub. Martda isə idxal 428 ədədə yüksələrək, idxalın ümumi dəyər 15,56 milyon dollar təşkil edib.

Növbəti aylarda da idxal artıb. Aprel ayında ölkəyə 609 ədəd elektrik avtomobili gətirilib və idxalın dəyəri 20,41 milyon dolları ötüb. Mayda idxal sayı 767 ədədə çatıb, dəyər isə 25,76 milyon dollar təşkil edib. İyunda isə idxal 929 ədədə yüksəlib.Əməliyyat dəyəri 31,63 milyon dollar olub.

İyulda isə bu avtomobillərin idxalı 1180 ədədə çatıb. Dəyər ifadəsində 38 milyon 129.89 min dollarlıq avtomobil alınıb.

Gömrük rəqəmləri göstərir ki, Azərbaycana ən çox elektrikli avtomobil avqustda gətirilib- 1412 (44 milyon 289.24 min dollar dəyərində).

Ümumilikdə, yanvar-avqust aylarında Azərbaycana 74 481 ədəd avtomobil idxal olunub ki, onların ümumi dəyəri 1,382 milyard ABŞ dollarını ötüb. Ötən ilin eyni dövrü ilə müqayisədə idxal olunan avtomobillərin sayı 15 542 ədəd, yəni 26,4% artıb. Dəyər baxımından isə 270,48 milyon dollar və ya 24,3% artım qeydə alınıb.

Qeyd edək ki, idxal olunan elektromobillərin böyük hissəsi Çindən gətirilir. Elektrikli avtomobillər benzinlə işləyən avtomobillərlə müqayisədə daha az xərc tələb etdiyindən, əhali arasında tələb sürətlə artır. Ölkədə təxminən 300-ə yaxın enerji doldurma məntəqəsi fəaliyyət göstərir ki, bu da elektromobillərin istifadəsini daha da rahatlaşdırır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv