İlham Əliyev dünya arenasında Azərbaycanın maraqlarını uğurla müdafiə edir – Stanislav Pritçin

İlham Əliyev dünya arenasında Azərbaycanın maraqlarını uğurla müdafiə edir – Stanislav Pritçin






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Prezident İlham Əliyev dünya arenasında Azərbaycanın maraqlarını uğurla müdafiə edir.

“Presstv”az  bildirir ki, bu barədə Trend-ə Rusiya Elmlər Akademiyasının (RAS) Primakov adına Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər Milli Tədqiqat İnstitutunun (IMEMO) Postsovet Tədqiqatlar Mərkəzinin elmi işçisi Stanislav Pritçin deyib.

“Azərbaycan postsovet məkanında balanslaşdırılmış və mürəkkəb xarici siyasət aparan çox az ölkədən biridir. Azərbaycan öz maraqlarını məharətlə qoruyur və dünyanın böyük oyunçuları ilə qarşılıqlı fəaliyyət göstərir. Ölkənin möhkəm mövqeyinə misal olaraq, ABŞ Dövlət Departamentinin bəyanatına qətiyyətli cavabını göstərmək mümkündür”, – deyə o vurğulayıb.

Pritçinin sözlərinə görə, bu, Azərbaycanın bəzən hətta sərt bəyanatlar vasitəsilə öz mövqeyini qoruya bildiyini nümayiş etdirən səciyyəvi nümunədir.

“Nəticədə Azərbaycanın mətanəti qlobal nüfuzuna baxmayaraq, ABŞ-ni təmasları bərpa etmək və qərarlarını təkrar gözdən keçirmək üçün imkanlar axtarmağa vadar edir”, – ekspert deyib.

Pritçin Azərbaycanın maksimum dərəcədə balanslaşdırılmış xarici siyasət apardığını qeyd edib. O əlavə edib ki, bu balanslaşdırılmış yanaşma sayəsində ölkə regiondakı mühüm oyunçularla, Asiya və Avropa tərəfdaşları ilə möhkəm əlaqələri dəstəkləyir və inkişaf etdirir.

Ekspert, həmçinin, Azərbaycan vətəndaşlarının qarşıdakı prezident seçkilərində fəal iştirakının vacibliyini vurğulayıb. Onun fikrincə, qarşıdakı seçkilərin əhəmiyyətini qiymətləndirmək çətindir, çünki ilk dəfədir ki, seçkilər bütün ölkə ərazisində keçiriləcək.

“Presstv”az  xəbər portalı.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv