Sinif yoldaşını öldürən yeniyetməyə 7 il 6 ay həbs verildi

Sinif yoldaşını öldürən yeniyetməyə 7 il 6 ay həbs verildi






presstv

"Presstv"az #Cinayət işi, #Hadisə, #Hakim, #Münaqişə, #Qəsdən adam öldürmə, #Şəmkir, #Şəmkir rayonu

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Şəmkir rayonun Mahmudlu kəndində İ.Abdullayevin qətlində təqsirli bilinən A.Abbasovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

presstvaz xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Abdulla Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, o, 7 il 6 ay müddətə azadlıqdan məhrum edilib. A.Abbasov cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkəcək.

Xatırladaq hadisə ötən ilin oktyabr ayında baş verib.

İttihama görə, A.Abbasov və İ.Abdullayev arasında bir-birilərinə qarşı nalayiq ifadələr işlətdiklərinə görə münaqişə yaranıb. Bu zaman A. Abbasov İ.Abdullayevə bıçaqla xəsarət yetirib. Bədənin müxtəlif nahiyələrindən bıçaq xəsarətləri alan İ. Abdullayev ölüb.

A.Abbasov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv