Qazaxıstan prezidenti dini liderlərə süni intellekt üçün “hökmlər” yaratmağı təklif etdi

Qazaxıstan prezidenti dini liderlərə süni intellekt üçün “hökmlər” yaratmağı təklif etdi






presstv

"Presstv"az #Astana, #Audi, #Qazax, #Qazaxıstan, #Süni intellekt

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev süni intellektin (Sİ) etik inkişafı üçün dinlərarası komissiyanın yaradılmasını təklif edib. Onun sözlərinə görə, bu komissiya “özünəməxsus hökmlər” hazırlamalıdır.

presstvaz xəbər verir ki, Tokayev bu barədə Astanada keçirilən VIII Dünya və ənənəvi dinlər liderlərinin Qurultayında çıxışı zamanı danışıb.

Onun sözlərinə görə, istənilən texnologiya insanların rifahı üçün xidmət etməlidir.

“Əminəm ki, mənəvi dəyərlərin qoruyucuları olan dini liderlər bəşəriyyətin rəqəmsal gələcəyinin müzakirəsində iştirak etməlidirlər. Təklif edirəm ki, süni intellektin etik inkişafı üzrə dinlərarası komissiya yaradılsın. Bu komissiya neyron şəbəkələr və digər texnologiyalarının məsuliyyətli istifadəsinə dair universal prinsipləri hazırlasın”, – deyə Tokayev bildirib.

O, bu prinsiplərin insan ləyaqətinə hörmət, diskriminasiyanın yolverilməzliyi və taleyüklü qərarların qəbulunda nəzarəti nəzərdə tutacağını qeyd edib.

Tokayev əlavə edib ki, süni intellekt artıq insanların həyatının bütöv sahələrini dəyişir, lakin etik normalar bəzən elmi-texniki tərəqqiyə çatmaqda geri qalır.

Qeyd edək ki, Astanada açılan VIII Qurultayda dünyanın 60-a yaxın ölkəsindən 100-dən çox nümayəndə heyəti iştirak edir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv