Narkotik istifadəçisi kimi qeydiyyata dair arayış “ASAN xidmət”də veriləcək

Narkotik istifadəçisi kimi qeydiyyata dair arayış “ASAN xidmət”də veriləcək






presstv

"Presstv"az #ASAN xidmət, #Audi, #Azərbaycan, #Ədliyyə Nazirliyi, #Nazirlər Kabineti, #Səhiyyə Nazirliyi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Narkotik istifadəçisi kimi qeydiyyata dair arayış “ASAN xidmət”də veriləcək.

presstvaz bildirir ki, bu, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”nda əksini tapıb.

Azərbaycan Respublikasının vətəndaşlarına, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə narkotik istifadəçisi kimi qeydiyyatda olub-olmaması barədə arayışların verilməsi prosesinin sadələşdirilməsi məqsədilə bu xidmətin “ASAN xidmət” mərkəzləri tərəfindən həyata keçirilməsinin təmin edilməsi üçün normativ hüquqi aktlarda dəyişiklik ediləcək.

Bunun üçün Nazirlər Kabineti Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Səhiyyə Nazirliyi və Ədliyyə Nazirliyi ilə birlikdə 2026-cə ildə şəxsin narkotik istifadəçisi kimi qeydiyyatda olub-olmaması barədə arayış verilməsi prosesinin sadələşdirilməsi ilə bağlı müvafiq normativ hüquqi akt layihələrinin hazırlanmasını təmin etməlidir.

Müvafiq normativ hüquqi akt layihələrinin aidiyyəti dövlət orqanları (qurumları) ilə razılaşdırılmalı və təsdiq üçün aidiyyəti üzrə təqdim edilməlidir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv