Kəlbəcərdən çıxanda 80 yaşı olub – İndi 113 yaşında qayıdır – FOTO

Kəlbəcərdən çıxanda 80 yaşı olub – İndi 113 yaşında qayıdır – FOTO






presstv

"Presstv"az #Ailə, #Böyük Qayıdış, #İlham Əliyev, #Məcburi köçkün

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Keçmiş məcburi köçkün 113 yaşlı Xeyrənisə Baxışəliyeva bu gün doğma yurdu Kəlbəcərə qayıdıb. O, Kəlbəcərdən məcburi köçkün düşərkən 80 yaşı olub.

presstvaz xəbər verir ki, bu barədə modern.az-a onun oğlu məlumat verib: "Dörd il idi ki, anam bu günü gözləyirdi. Püşkatma olanda və gedəcəyimiz dəqiqləşəndə anam Tərtərə getdi ki, yolu qısalsın. Biz Tərtərdən anamı da götürüb Kəlbəcərə gedirik. İndi Suqovuşan yolundayıq".

Qeyd edək ki, X. Baxışəliyeva 1 aprel 1913-cü ildə Kəlbəcər şəhərində doğulub. Onun 3 oğlu, 10 nəvəsi, 18 nəticəsi və 3 kötücəsi var.

Xatırladaq ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə "Böyük Qayıdışa dair I Dövlət Proqramı"na əsasən, yenidən qurulan Kəlbəcər şəhərinə respublikanın müxtəlif yerlərindən, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı yola salınıb. Bu mərhələdə Kəlbəcər şəhərinə 32 ailə – 139 nəfər köçürülüb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv