Ukraynalılar cəsarətlə döyüşür, Rusiya uduzur – Kelloq

Ukraynalılar cəsarətlə döyüşür, Rusiya uduzur – Kelloq






presstv

"Presstv"az #ABŞ, #Donald Tramp, #Əfqanıstan, #Kiyev, #Müharibə, #Odessa, #Rusiya, #Ukrayna

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Əgər Putin müharibədə Rusiyanın qalib gəldiyini düşünürsə, o zaman onlar qələbənin necə olmasına başqa cür baxırlar.

presstvaz xəbər verir ki, bunu ABŞ-ın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq “YES-2025” forumunda çıxışında deyib.

“Qalib gəlsəydi, artıq Kiyevdə, Odessada olardı, Dneprdən keçərdi. Xeyr, Rusiya uduzur. Bəli, haradasa müvəqqəti üstünlük əldə edə bilər, bəzi əraziləri ələ keçirə, bir neçə mil irəliləyə bilər. Bu, başqa şeydir. Amma Rusiyanın itirdiyi, öldürdüyü və yaraladığı insanların sayına baxsanız, bir milyonu ötüb keçir. Əfqanıstan kampaniyasındakı itkiləri xatırlayırsınızsa, bunlar tamamilə fərqli rəqəmlərdir. Kiyevi ələ keçirməyə cəhd edən ilk bölmələri xatırlayın. Onlar artıq yoxa çıxıblar. İndi muzeylərdən tank götürməyə çalışırlar. Onlar sadəcə olaraq təslim ola bilmirlər, çünki ukraynalılar cəsarətlə döyüşürlər. Əgər Putin deyirsə ki, Rusiya qalib gəlir, onda Qərb ona sadəcə deməlidir: “Yox, səhv edirsən, heç də belə deyil”, – Kelloq bildirib.

O, bu barədə Prezident Donald Trampa da məlumat verdiyini vurğulayıb:

“Təxminən ay yarım əvvəl Oval kabinetdə Prezident Trampın oxşar sualına cavab verdim: “ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn qoy sizə cavab versin. Ondan soruşun”. Elə də etdilər. O da elə mənim kimi cavab verdi”.

Kelloqun sözlərinə görə, Putin bütün Donetsk, Xerson, Zaporojye vilayətlərini işğal etmək istəyib, amma bü, mümkünsüzdür:

“Bu, Rusiya tarixində insan həyatına və itkilərə tamamilə məhəl qoymayan ilk müharibə deyil. Amma nədənsə, Putin qalib gələcəyinə inanır və buna görə də görünür, atəşkəs və ya ciddi sülh sazişlərində maraqlı deyil”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv