Süni intellektlə işləyən stetoskop 15 saniyədə ürək xəstəliklərinə diaqnoz qoyur

Süni intellektlə işləyən stetoskop 15 saniyədə ürək xəstəliklərinə diaqnoz qoyur






presstv

"Presstv"az #Həkim, #London, #Süni intellekt

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Londonda alimlər süni intellektlə işləyən yeni stetoskop hazırlayıblar. Bu cihaz cəmi 15 saniyəyə ürək çatışmazlığını, ürək qapağı xəstəliklərini və ritm pozuntularını müəyyən edə bilir.

presstvaz xəbər verir ki, ənənəvi stetoskopdan fərqli olaraq, yeni cihaz həm ürək döyüntülərini, həm də qan axınını analiz edir və sürətli EKQ çəkir. Toplanan məlumat süni intellekt tərəfindən yoxlanılır və nəticə dərhal həkimin telefonuna göndərilir.

Sınaqlar zamanı cihazdan istifadə olunan xəstələrdə ürək xəstəlikləri adi müayinələrlə müqayisədə 2-3 dəfə daha çox aşkar olunub.

Mütəxəssislər bildirir ki, bu texnologiya ürək xəstəliklərinin daha erkən aşkar edilməsinə kömək edəcək və insanların vaxtında müalicə almasına imkan yaradacaq./valyuta.az


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv