“Space TV” Səidə Bəkirqızının sözlərinə görə CƏZALANDIRILDI

“Space TV” Səidə Bəkirqızının sözlərinə görə CƏZALANDIRILDI






presstv

"Presstv"az #Audi, #Audiovizual Şura, #Azərbaycan, #Hadisə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

13 sentyabr 2025-ci il tarixində Azərbaycan Respublikası Audiovizual Şurasının onlayn iclası keçirilib. İclasda “Space TV” kanalının efirində qanunvericiliyin pozulması faktı müzakirə edilib.

Bu barədə presstvaz-a Audiovizual Şuradan məlumat verilib.

Belə ki, 11 sentyabr 2025-ci il tarixində kanalın efirində 08.00-09.30 arası yayımlanan “Xəbərin izində” proqramının aparıcısı Səidə Bəkirqızı tərəfindən Ağdamda 16 yaşlı məktəbli qıza qarşı baş vermiş cinsi zorakılıqla bağlı xəbər təqdim olunarkən və şərh edilərkən “Media haqqında” Azərbaycan Respublikasının Qanununun 14.1.4-cü (ayrı-seçkilik təbliğ olunmamalıdır) və 14.1.9-cu (nifrət çıxışlarına yol verilməməlidir) maddələrinin tələbləri pozulub.

Şura aparatının Audiovizual proqramların monitorinqi və təhlili şöbəsinin mütəxəssisləri tərəfindən fakt ayrıseçkiliyin təbliği və nifrət çıxışı kimi qeydə alınmış, daha sonra müvafiq prosedurlara uyğun olaraq Audiovizual Şuranın hüquqşünasları tərəfindən də pozuntu faktı kimi təsdiq olunub.

Audiovizual Şuranın üzvləri aparıcının baş vermiş və istintaqı aparılan cinayət hadisəsini şərh edərkən həmin hadisənin törədildiyi bölgə və həmin bölgə əhalisi haqqında xoşagəlməz fikirlər səsləndirməsinin, qanunvericiliyə və jurnalistikanın etik prinsiplərinə məhəl qoymadan emosional formada cinayətin təfərrüatlarının efir vasitəsilə araşdırılmasının, bunu edərkən hər hansı yaşayış məntəqəsinin adının hallandırılmasının, cinayətin törədilməsinin həmin məkanla əlaqələndirilməsinin yolverilməz olduğunu bildiriblər.

“Space TV” redaksiyası tərəfindən yayımda aparıcının çıxışının zorakılığa çağırış və təbliğ məzmunlu hissəsinin səsi məhdudlaşdırılsa da, efirə gedən parçada kifayət qədər pozuntu və nifrət nitqi halları büruzə vermişdir. Qeyd olunanları nəzərə alaraq, Audiovizual Şuranın üzvləri 16 sentyabr 2025-ci il tarixində həmin proqramın yayımı zamanından başlayaraq 6 saat müddətində (saat 08.00-dan 14.00-dək) “Space TV” kanalının yayımının dayandırılması haqqında yekdilliklə qərar qəbul ediblər.

Bundan əlavə, Audiovizual Şura üzvləri aparıcı Səidə Bəkirqızı tərəfindən proqramın həmin hissəsinin (efir zamanı səsi verilməyən zorakılığa çağırış məzmunlu hissə də daxil olmaqla) sosial şəbəkə hesabları vasitəsilə yayımlanması halını qəti surətdə pisləmiş, bunu jurnalist etikasına uyğun olmayan və peşəkarlıqdan uzaq bir hərəkət kimi qiymətləndiriblər.

Audiovizual Şura bir daha, bütün yayımçılardan yayımı zamanı qanunvericiliyin tələblərinə riayət edilməsinin təmin olunmasını tələb edir və bu istiqamətdə redaksiya heyəti ilə, xüsusən də aparıcılar ilə izahedici işin aparılmasını ciddi tövsiyə edir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv