Baş nazirin Putinlə görüşməsina görə xalq ayağa qalxdı

Baş nazirin Putinlə görüşməsina görə xalq ayağa qalxdı






presstv

"Presstv"az #Avropa, #Çin, #Müharibə, #Rusiya, #Rusiya-Ukrayna müharibəsi, #Slovakiya, #Ukrayna, #Vladimir Putin

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Slovakiyanın paytaxtı Bratislavada minlərlə insan hökumət əleyhinə aksiyaya çıxıb.

presstvaz xarici mətbuata istinadən xəbər verir ki, nümayişçilər Baş nazir Robert Fikonun Çinə səfərinə və orada Rusiya Prezidenti Vladimir Putinlə görüşməsinə etiraz ediblər. Qeyd edək ki, Robert Fiko Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Putinlə artıq üçüncü dəfə görüşüb və Pekində keçirilən hərbi paradda iştirak edən yeganə Avropa lideri olub. Bu addım ölkə daxilində narazılığın daha da güclənməsinə səbəb olub.

Şəhərin mərkəzi meydanına toplaşan etirazçılar "Pozor, pozor" ("Ayıb olsun") kimi şüarlar səsləndiriblər. Onlar həmçinin hökumətin sərt iqtisadi islahatlarına, büdcə ixtisarlarına və Avropa İttifaqı vəsaitlərindən sui-istifadə hallarına qarşı çıxıblar.

Gələn həftə isə iri müxalifət partiyası sayılan liberal "Proqressiv Slovakiya" ayrıca mitinq keçirməyi planlaşdırır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv