Nepalda iğtişaşlar nəticəsində ölənlərin sayı artdı

Nepalda iğtişaşlar nəticəsində ölənlərin sayı artdı






presstv

"Presstv"az #Audi, #Nepal, #Sosial şəbəkələr, #WhatsApp

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Nepalda kütləvi iğtişaşlar nəticəsində 50-dən çox insan həlak olub.

presstvaz-ın xəbərinə görə, bu barədə “Agence France-Presse” polisə istinadən məlumat yayıb.

Daha əvvəl qarşıdurmalarda 34 nəfərin öldüyü bildirilirdi. Hüquq-mühafizə orqanlarının yenilənmiş məlumatlarına görə, 51 nəfər ölüb, 1.3 mindən çox insan xəsarət alıb.

Xatırladaq ki, sentyabrın 8-də Katmanduda parlament binası yaxınlığında “Z nəslinin inqilabı” adlı etiraz aksiyası keçirilib.

Etirazlar paytaxtda və ölkənin ən azı yeddi böyük şəhərində baş tutub. Etirazçılar hökumətin sentyabrın 4-də Nepalın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmiş mesencer və sosial şəbəkələrin, o cümlədən “WhatsApp”, “Facebook” və “Instagram”ın fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı elan etdiyi qərara etiraz ediblər. Polislə toqquşmalarda ölənlərin sayı 22-yə çatıb, 500-dən çox insan yaralanıb. Nepalın bir sıra siyasətçiləri, o cümlədən daxili işlər naziri Rameş Lehak və Baş nazir Şarma Oli istefa veriblər.

Sentyabrın 9-da etirazçılar ölkənin onların nəzarətinə keçdiyini bəyan edərək, yeni hökumətin formalaşdırılmasına və seçkinin keçirilməsinə çağırıblar. Nepalda etirazçılar Katmandu meri Balendra Şahın baş nazir səlahiyyətlərinin icraçısı təyin olunmasını tələb ediblər.

Hökumət əleyhinə aksiyaların iştirakçıları baş nazirin, ölkə Prezidenti Ram Çandra Paudelin və bir neçə başqa siyasətçinin Balkot şəhərində şəxsi iqamətgahlarını yandırıblar. Etirazçılar, həmçinin parlament binasını və Nepalın əsas inzibati kompleksini, ölkə hökumətinin və bir çox nazirliklərin yerləşdiyi Sinqha Durbar Sarayını ələ keçirərək yandırıblar.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv