“Zeekr Azərbaycan” yeni “9X” modeli ilə bağlı rəsmi xəbərdarlıq etdi

“Zeekr Azərbaycan” yeni “9X” modeli ilə bağlı rəsmi xəbərdarlıq etdi






presstv

"Presstv"az #Ailə, #Audi, #Avto, #avtomobillər, #Azərbaycan, #Çin, #Nəqliyyat

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Zeekr” markasının ən son innovativ modeli – “Zeekr 9X” artıq təqdim olunub və qlobal bazarda böyük maraq yaradır. Öz müasir dizaynı, qabaqcıl texnologiyaları və gələcəyin mobillik baxışını əks etdirən bu model təqdimat mərhələsindən etibarən avtomobil dünyasında ciddi rezonans yaradıb.

Lakin təqdimatdan dərhal sonra ölkəmizdəki bəzi boz dilerlər və qara bazar satıcıları aktivləşərək, rəsmi dilerlərlə heç bir əlaqəsi olmadığı halda “Zeekr 9X” modelinin ölkəyə gətiriləcəyini iddia edir, müxtəlif qiymətlərlə satışa çıxarılacağını vəd edirlər. Onların əsas məqsədi müştəriləri yanıldaraq, süni şəkildə aşağı qiymətlər göstərməklə maraq yaratmaq və bu yolla etibar qazanmaqdır. Bu cür qeyri-rəsmi satışlar nəticəsində alıcılar həm zəmanətsiz, servis dəstəksiz, həm də texniki baxımdan riskli avtomobillərlə üz-üzə qalırlar.

“Zeekr Azərbaycan” qəti şəkildə bildirir: Çin daxili bazarı üçün nəzərdə tutulan “Zeekr 9X” avtomobillərinə nə indi, nə də gələcəkdə rəsmi servis xidməti göstərilməyəcək. Bu, “Zeekr Global” və zavodun birbaşa tələbidir və dəyişməz qaydadır. Yəni boz dilerlər və qara bazar vasitəsilə gətirilən bütün “Zeekr 9X” modelləri zəmanətsiz və servissiz qalacaq. Qara bazar və boz dilerlərin təklif etdiyi avtomobillər Azərbaycan bazarı üçün deyil, məhz Çin daxili bazarı üçün istehsal olunmuş modellərdir. Belə avtomobillərin istifadəsi və servis xidmətləri isə yalnız Çin ərazisi üçün nəzərdə tutulub.

Burada əsas məqamları vurğulamaq vacibdir: rəsmi dilerdən alınan hər bir avtomobil istehsalçı tərəfindən təsdiqlənmiş zəmanətə malik olur, orijinal ehtiyat hissələri ilə təmin edilir, təcrübəli mütəxəssislər tərəfindən texniki xidmət və proqram təminatı dəstəyi alır, daimi olaraq yenilənən proqramlar və təhlükəsizlik sistemləri ilə təmin olunur, müştərinin rahatlığı və təhlükəsizliyi üçün bütün rəsmi servis şəbəkəsinin imkanlarından yararlanır.

Müştərilərimizə tövsiyəmiz odur ki, avtomobil seçərkən yalnız rəsmi dilerlərə müraciət edin. Qara bazar və boz dilerlərin təkliflərinə inanmaq sizi həm maddi ziyana uğrada, həm də həyat təhlükəsizliyiniz üçün risk yarada bilər. Unutmayın – avtomobil sadəcə nəqliyyat vasitəsi deyil, həm də sizin və ailənizin gündəlik təhlükəsizliyi, komfortu və gələcək etibarlılığı ilə bağlı mühüm bir seçimdir.

“Zeekr Azərbaycan” olaraq biz hər zaman müştərilərimizə şəffaf şərtlərlə, beynəlxalq standartlara uyğun zəmanətlə və peşəkar servis dəstəyi ilə xidmət göstəririk. Əmin olun ki, yalnız rəsmi nümayəndə vasitəsilə alınan “Zeekr” modelləri sizə həm etibar, həm də uzunmüddətli rahatlıq gətirə bilər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv