“McDonald’s” restoranlarında “TələbəPlus” kartı ilə tələbələrə xüsusi endirim

“McDonald’s” restoranlarında “TələbəPlus” kartı ilə tələbələrə xüsusi endirim






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #McDonald's, #Qarabağ Universiteti, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“McDonald’s Azərbaycan” ölkədə fəaliyyət göstərən ali təhsil müəssisələrinin tələbələri üçün xüsusi endirim kampaniyasına start verdiyini elan edib.

Bu təşəbbüs Təhsil İnkişafı Fondu ilə imzalanmış əməkdaşlıq memorandumu əsasında, “TələbəPlus” layihəsi çərçivəsində reallaşdırılır. Sənəd “McDonald’s Azərbaycan” şirkətinin baş direktoru Oskar Boqopolski və fondun İdarə Heyətinin sədri Elnur Nəsibov tərəfindən imzalanıb.

Əldə olunmuş razılaşmaya əsasən, “McDonald’s” restoranlarında “TələbəPlus” kartına sahib olan tələbələr üçün 5% həcmində endirim tətbiq olunacaq. Bu kart tələbə vəsiqəsi və bank kartının funksiyalarını birləşdirir, məhsul və xidmətlərin ödənişi zamanı əlavə üstünlüklər təqdim edir. Layihənin ilk mərhələsində 190 000-dən çox tələbə əhatə olunub və bu say artmaqda davam edir.

Təhsilin və inkişafın dəstəklənməsi “McDonald’s Azərbaycan” şirkətinin sosial siyasətinin əsas istiqamətlərindən biridir. Şirkət bir sıra mühüm layihələr həyata keçirir. O cümlədən, Qarabağ Universitetinin tələbələri üçün təqaüd proqramı, UNEC-də fiziki məhdudiyyətli tələbələrin təhsil haqqının ödənilməsinə yardım, məktəb olimpiadalarının dəstəklənməsi və şəhid övladlarına yönəlmiş təşəbbüslər.

Bu səylər “McDonald’s Azərbaycan” şirkətinin gələcək nəsillərin inkişafına və bərabər imkanların yaradılmasına davamlı töhfə vermək niyyətini əks etdirir.

Şirkət təhsilə və gənclərin rifahına yatırımları özünün uzunmüddətli korporativ sosial məsuliyyət strategiyasının ayrılmaz tərkib hissəsi kimi qiymətləndirir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv