Nepalda kütləvi iğtişaş: 14 minə yaxın məhbus həbsxanalardan qaçdı

Nepalda kütləvi iğtişaş: 14 minə yaxın məhbus həbsxanalardan qaçdı






presstv

"Presstv"az #Audi, #Məhkum, #Nepal

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Nepalda baş verən kütləvi iğtişaşlar zamanı 13 500-dən çox məhbus həbsxanalardan qaçıb.

presstvaz xəbər verir ki, bu barədə “Khaleej Times” məlumat yayıb.

Qeyd olunur ki, məhkumların qaçması çoxsaylı quldurluq və zorakılıq hallarına səbəb olub. Nəşrin məlumatına görə, məhbuslar polislərin öz postlarını tərk etməsi nəticəsində qaça biliblər.

10 sentyabr, 22:56

Nepalın Banke rayonundakı yeniyetmələr üçün islah müəssisəsində baş verən çaxnaşma zamanı 5 nəfər ölüb, 7 nəfər yaralanıb.

presstvaz xəbər verir ki, bu barədə “Nepal News” məlumat yayıb.

Müəssisə rəisinin sözlərinə görə, azyaşlı məhbuslar qaçmaq məqsədilə darvazaları sındırmağa çalışıblar. Hazırda müəssisədə 585 məhbus saxlanılır.

Qeyd edilir ki, Nepalda qeyri-sabitlik fonunda ölkədəki həbsxanalarda iğtişaşlar başlayıb. Məhkumlar azadlığa buraxılmalarını tələb ediblər. Sentyabrın 9-dan indiyədək 7 mindən çox məhbus ölkənin müxtəlif bölgələrindəki həbsxanaları tərk edib.

10 sentyabr, 16:00

Sentyabrın 9-da Nepalı bürüyən kütləvi iğtişaşlardan sonra ən azı 7557 məhbus ölkə həbsxanalarından qaçıb.

presstvaz-ın xəbərinə görə, bu barədə Cənubi Asiya ölkəsinin Daxili İşlər Nazirliyindəki mənbəyə istinadən “Republica” qəzeti məlumat yayıb.

Qeyd olunur ki, 13 islah müəssisəsindən məhbuslar qaçıblar. Qaçan cinayətkarların tutulması üçün ölkə üzrə hüquq-mühafizə orqanlarının və silahlı qüvvələrin bölmələri yerləşdirilib. Səlahiyyətlilər vətəndaşları ehtiyatlı olmağa və hər hansı şübhəli hallar barədə məlumat verməyə çağırıblar.

Xatırladaq ki, daha əvvəl Mahottari rayonundakı Caleşvar həbsxanasından 570-dən çox məhbusun qaçdığı bildirilib. Məlumata görə, həmçinin ən azı 1500 nəfərin saxlandığı Lalitpur şəhərindəki həbsxananın bütün məhbusları da qaçıblar. Bundan əlavə, Nepalın cənubundakı Navalparasi rayonunun qərb hissəsində yerləşən rayon həbsxanasından 500-dən çox məhbusun və mərkəzi Pokhara şəhərindəki cəzaçəkmə müəssisəsindən 900-ə yaxın cinayətkarın qaçdığı bildirilir.

Sentyabrın 9-da etirazçılar ölkənin onların nəzarətinə keçdiyini bəyan edərək, yeni hökumətin formalaşdırılmasına və seçki keçirilməsinə çağırıblar. Nepalda etirazçılar Katmandu meri Balendra Şahın baş nazir səlahiyyətlərinin icraçısı təyin olunmasını tələb ediblər.

Hökumət əleyhinə aksiyaların etirazçıları baş nazirin, ölkə Prezidenti Ram Çandra Paudelin və bir neçə başqa siyasətçinin Balkot şəhərində şəxsi iqamətgahlarını yandırıblar. Etirazçılar, həmçinin parlament binasını və Nepalın əsas inzibati kompleksini, ölkə hökumətinin və bir çox nazirliklərin yerləşdiyi Sinqha Durbar sarayını ələ keçirərək yandırıblar.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv