İcbari Tibbi Sığorta Agentliyi ƏƏSMN-yə birləşdirilir? – Maliyyə Nazirliyi ciddi nöqsanlar AŞKARLAYIB

İcbari Tibbi Sığorta Agentliyi ƏƏSMN-yə birləşdirilir? – Maliyyə Nazirliyi ciddi nöqsanlar AŞKARLAYIB






presstv

"Presstv"az #Audi, #Dərman vasitələri, #İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, #Maliyyə Nazirliyi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti İcbari Tibbi Sığorta Agentliyində və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) maliyyə yoxlamaları aparır.

presstvaz Teleqraf-a istinadən xəbər verir ki, Maliyyə Nazirliyinin əməkdaşları qurumun sifarişi ilə həyata keçirilən satınalmalarda ciddi nöqsanlar aşkarlayıblar.

Məlum olub ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vətəndaşlar tərəfindən müayinə və müalicə üçün birbaşa müraciət olunduğu və müvafiq göndəriş verilmədiyi halda, 14 özəl tibb müəssisəsinə 2023-2024-cü illərdə cəmi 4 milyon 273.6 min manat vəsait ödəyib.

Bundan başqa, dövlət proqramları çərçivəsində dərman vasitələri Tarif Şurası ilə müəyyən edilmiş qiymətlərdən baha alınıb. Milyonlarla manatlıq tibbi təchizat kağız üzərində əksini tapsa da, təmin edilməyib. 2 milyon manat xərcin mənbəyi aşkarlanmayıb. Nazirliyin əməkdaşları gecə saatlarına qədər Agentlikdə və TƏBİB-ə daxil olan tibbi müəssisələrdə maliyyə hesabatlarını təşviq edirlər.

Məlumata görə, yoxlamaların nəticəsi olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə birləşdirilməsi gündəmə gəlib.

İddialara görə, yoxlamalar səbəbindən “Yeni Klinika”da Yeni Robotik Reabilitasiya Mərkəzinin açılışı da yubanır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv