Tramp Polşaya dron hücumu barədə: “Başlayır”

Tramp Polşaya dron hücumu barədə: “Başlayır”






presstv

"Presstv"az #ABŞ, #Audi, #Donald Tramp, #Donald Tusk, #Hadisə, #London, #Polşa, #Rusiya, #Ukrayna, #Varşava

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ Prezidenti Donald Tramp Rusiya dronlarının Polşanın hava məkanını pozması ilə bağlı vəziyyəti şərh edib.

presstvaz xəbər verir ki, bu barədə dövlət başçısı “Truth Social” platformasında yazıb.

“Polşanın hava məkanını pilotsuz uçuş aparatları ilə pozan Rusiya ilə nə baş verir? Başlayır”, – o qeyd edib.

Xatırladaq ki, sentyabrın 10-na keçən gecə Rusiyanın Ukraynanın qərb vilayətlərinə genişmiqyaslı hücumu zamanı onlarla dron Polşanın hava məkanını pozub. Polşa hərbçiləri təhlükə yaradan cihazların vurulduğunu, onların qalıqlarının sərhəd bölgələrində tapıldığını, lakin itkilərin olmadığını bildiriblər. Baş nazir Donald Tusk fövqəladə iclas keçirərək müttəfiqləri insidentlə bağlı məlumatlandırıb və NATO tərəfdaşları ilə hərəkətlərin koordinasiya edildiyini vurğulayıb. Hadisədən sonra Londonda işgüzar səfərdə olan Polşanın müdafiə naziri Vladislav Kosiniyak-Kamış səfərini yarımçıq qoyaraq Varşavaya qayıdıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv