“Silk Way West Airlines” ISO 14001 ətraf mühit sertifikatı ilə təltif edilib

“Silk Way West Airlines” ISO 14001 ətraf mühit sertifikatı ilə təltif edilib






presstv

"Presstv"az #Audi, #Avropa, #Bakı, #Beynəlxalq Hava Limanı, #Heydər Əliyev, #təyyarə, #Yaxın Şərq

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Silk Way West Airlines” şirkəti Britaniya Standartlar İnstitutu (BSI) tərəfindən ISO 14001 Ətraf Mühitin İdarəetmə Sistemi (EMS) sertifikatına layiq görülüb. Bu, aviaşirkətin ətraf mühitin qorunması məsuliyyəti istiqamətində atdığı əhəmiyyətli addımların göstəricisidir.

Beynəlxalq səviyyədə tanınan sertifikat, aviaşirkətin təkmilləşdirilmiş resurs səmərəliliyi, çirklənməyə nəzarət və iqlim əhəmiyyətli əməliyyatlar vasitəsilə ətraf mühitə təsirini azaltmaq öhdəliyini təsdiq edir.

“Bu nailiyyət bizim işgüzar nüfuzumuzu artırır və müştərilərimiz, tərəfdaşlarımız və tənzimləyicilərimizlə güclü, etimada əsaslanan əlaqələr qurmaq öhdəliyimizi əks etdirir”, – deyə “Silk Way West Airlines” şirkətinin prezidenti Volfqanq Mayer qeyd edib.

ISO 14001 standartlarının icrası “Silk Way West Airlines” şirkətinin tənzimləyici standartlara cavab vermək, əməliyyat səmərəliliyini artırmaq və daxili dayanıqlılıq mədəniyyətini tətbiq etmək qabiliyyətini gücləndirir.

Əldə edilmiş nailiyyət əsasında daxili dayanıqlılıq proqramlarını tətbiq etmək, əməkdaşları təlimlərə cəlb etmək və ISO 50001 enerjinin idarə edilməsi sertifikatı kimi əlavə sertifikatlar qazanmaqla, həmçinin GRI kimi qlobal hesabat platformalarında iştirak etməklə aviaşirkət özünün ekoloji strategiyasını inkişaf etdirməyi planlaşdırır.

Əsası 2012-ci ildə İpək Yolunun qəlbi olan Bakıda qoyulmuş “Silk Way West Airlines”, Heydər Əliyev Beynəlxalq Hava Limanında yerləşən “Boeing 777F”, “Boeing 747-8F” və “Boeing 747-400F” təyyarələrindən ibarət donanması ilə hər ay dünyanın müxtəlif istiqamətlərinə yüzlərlə uçuş həyata keçirir. Dayanıqlılıq və səmərəliliyə sadiq olan “Silk Way West Airlines” qlobal logistika tələblərinə daha yaxşı cavab vermək məqsədilə 2030-cu ilədək donanmasını ən müasir “Boeing 777F”, “Boeing 777-8F” və “Airbus A350F” təyyarələri ilə yeniləməyi planlaşdırır. Aviaşirkət illik 500 min tondan artıq yük dövriyyəsi ilə Avropa, MDB, Yaxın Şərq, Asiya və Amerikada 40-dan çox istiqamətə yükdaşıma xidmətləri göstərir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv