Heydər Əliyev Fondu Vatikanın “Bambino Gesu” xəstəxanası ilə anlaşma memorandumu imzalayıb

Heydər Əliyev Fondu Vatikanın “Bambino Gesu” xəstəxanası ilə anlaşma memorandumu imzalayıb






presstv

"Presstv"az #Audi, #Avropa, #Azərbaycan, #Heydər Əliyev, #Heydər Əliyev Fondu, #İtaliya, #Körpə, #Səhiyyə Nazirliyi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Müqəddəs Taxt-Tacın “Bambino Gesu” (Körpə İsa) pediatriya xəstəxanası arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

presstvaz AZƏRTAC-a istinadən xəbər verir ki, imzalanma Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərovun Müqəddəs Taxt-Taca səfəri çərçivəsində baş tutub. Sənədi Prezidentin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov və “Bambino Gesu” xəstəxanasının rəhbəri Tiziano Onesti imzalayıblar.

Anlaşma memorandumu çərçivəsində Avropanın ən böyük pediatriya tibb müəssisəsi ilə təlim-tədris proqramlarının həyata keçirilməsi, molekulyar genetika və fərdi tibbi yanaşma sahəsində birgə tədqiqatların aparılması, eləcə də Azərbaycanda müalicəsi mümkün olmayan mürəkkəb klinik halların “Bambino Gesu” xəstəxanası ilə birgə diaqnostikası və müalicəsi nəzərdə tutulur. Əməkdaşlığın əsas istiqamətlərini Azərbaycanda pediatriya sahəsində çalışan tibb işçilərinin peşəkar bilik və bacarıqlarının artırılması, molekulyar genetika, klinik diaqnostika və nadir xəstəliklər sahəsində birgə elmi və klinik fəaliyyətlərin təşkili, habelə genom diaqnostikası və fərdi tibbi yanaşmaların ölkəmizdə tətbiqinin genişləndirilməsi təşkil edir.

1869-cu ildə əsası qoyulan “Bambino Gesu” xəstəxanası hazırda uşaq xəstəlikləri üzrə Avropanın ən böyük xəstəxanası və tədqiqat mərkəzi, eyni zamanda, bütün növ uşaq orqan, hüceyrə və toxuma transplantasiyasını yerinə yetirmək üçün səlahiyyətli Avropa mərkəzlərindən biridir. Xəstəxana, həmçinin 40-dan çox ölkənin iştirak etdiyi nadir xəstəliklər üçün ən böyük qlobal məlumat bazası olan “Orphanet”in İtaliyadakı qərargahıdır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv