“Google”un süni intellekti beş yeni dil öyrənib

“Google”un süni intellekti beş yeni dil öyrənib






presstv

"Presstv"az #ABŞ, #Audi, #Böyük Britaniy, #Böyük Britaniya, #Braziliya, #Google, #Hindistan, #İndoneziya, #Süni intellekt

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Google” süni intellekt rejiminin dəstəyini beş yeni dilə genişləndirib: hind, yapon, Koreya, İndoneziya və Braziliya portuqalcası.

presstvaz xəbər verir ki, bu barədə “TechCrunch” məlumat yayıb.

Bildirilir ki, funksiya artıq bütün dünyada əlçatandır və daha dəqiq, faydalı axtarış üçün yerli kontekst və mədəni xüsusiyyətləri nəzərə alır.

Alqoritmlər multimodal axtarış və məntiqi nəticə çıxarma imkanları ilə təkmilləşdirilmiş “Gemini 2.5” versiyasından istifadə edir. Bu genişləndirmə süni intellekt rejiminin yalnız ingilis dilində istifadəyə verilməsindən sonra atılmış ilk addımdır. İndi istifadəçilər ana dillərində mürəkkəb suallar verə və ətraflı cavablar ala biləcəklər.

Süni intellekt rejimi ilk dəfə 2025-ci ilin martında ABŞ-də təcrübə kimi təqdim olunub, daha sonra Böyük Britaniya və Hindistanda əlçatan olub. Avqustda isə “Google” bu rejimi 180-dən çox ölkədə aktivləşdirib. Lakin digər dillər üçün dəstək yalnız son vaxtlarda istifadəyə verilib.

Şirkət nümayəndələrinin sözlərinə görə, bu inkişaf süni intellektlə axtarışın həm qlobal, həm də yerli səviyyədə əhəmiyyətini artıracaq.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv