Azərbaycanda bu nazirliklərin birləşəcəyi GÖZLƏNİLİR

Azərbaycanda bu nazirliklərin birləşəcəyi GÖZLƏNİLİR






presstv

"Presstv"az #Azərbaycan, #İqtisadi siyasət, #İqtisadiyyat Nazirliyi, #Milli Məclis, #sənaye və sahibkarlıq komitəsi, #Vüqar Bayramov

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycanda dövlət idarəetməsində yeni islahat dalğasının başlanacağı gözlənilir. Məlumata görə, yaxın aylarda iki nazirliyin birləşdirilməsi və bir sıra dövlət komitələrinin ləğvi nəzərdə tutulur. Hələlik detallar açıqlanmayıb və bu istiqamətdə müzakirələrin aparıldığı bildirilir.

Məqsəd dövlət xərclərinin azaldılması, idarəetmənin daha çevik və funksional hala gətirilməsidir.

presstvaz xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov Modern.az-a açıqlamasında deyib ki, institusional islahatlar Azərbaycanın idarəetmə modelində hər zaman prioritet olub:

"Əvvəlki dövrlərdə bəzi qurumların birləşməsi, həm də yeni qurumların yaradılmasını müşahidə etmişik.  İslahatların fəlsəfəsinə, həm də yerli və qlobal çağırışlara uyğun olaraq, bu istiqamətdə qərarlar verilir. Biz struktur islahatlarının hər zaman prioritet olduğunu görürük. Bununla bağlı  hökumətdə qiymətləndirmələr aparıldıqdan sonra qərarlar verilir.  Ümumiyyətlə, idarəetmədə çevikliyin artırılması üçün  institusiyonal islahatların davamlılığı, həm də elektron xidmətlərdən daha çox istifadə əsas hədəflərdəndir".

Deputat qeyd edib ki, bu istiqamətdə işlər davam edir: "Çünki iqtisadiyyat ağarması, islahatların dərinləşməsi, institusional idarətetmədə də yeni baxışı zəruri edir. Bu kontekstdən iqtisadi islahatlar davam edir. Ona görə də növbəti dövrlərdə də belə islahatların həyata keçirilməsini görəcəyik".

Azərbaycanda dövlət strukturlarının optimallaşdırılması prosesi yeni deyil. Məsələn, 2019-cu ildə Vergilər Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi ləğv edilərək İqtisadiyyat Nazirliyinə birləşdirilib.

Ekspertlərin fikrincə, bu dəfə də oxşar mexanizmlər tətbiq oluna bilər, bəzi paralel funksiyaları olan qurumların birləşdirilməsi, səmərəliliyi artırmaq və büdcə xərclərini azaltmaq üçün əsas vasitə kimi nəzərdə tutulur.

Yeni struktur qərarlarının yaxın aylarda elan ediləcəyi gözlənilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv