Əmək pensiyaları artırılacaq – Bu tarixdən

Əmək pensiyaları artırılacaq – Bu tarixdən






presstv

"Presstv"az #Azərbaycan, #Əmək pensiyaları haqqında, #İlham Əliyev, #İqtisadi siyasət, #Milli Məclis, #sənaye və sahibkarlıq komitəsi, #Sərəncam, #Vüqar Bayramov

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycanda pensiyalar sonuncu dəfə 2025-ci il yanvarın 1-dən indeksləşdirilərək 8,1% artırılıb və bu artım təxminən 1,1 milyon pensiyaçıya şamil olunub. Eyni zamanda minimum pensiya məbləği 280 manatdan 320 manata çatdırılıb.

Sosial müavinətlərin məbləğləri isə 2025-ci il iyulun 1-dən Prezident İlham Əliyevin 2024-cü il 23 dekabr tarixli Sərəncamına əsasən artırılıb.

Azərbaycanda pensiya və sosial müavinət artımları ilə bağlı Metbuat.az-ın sualına cavab olaraq Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vüqar Bayramov bildirib ki, gələn ildən etibarən əmək pensiyaları indeksləşdirilərək artırılacaq:

Yeni sistem büdcəyə nəzarəti gücləndirəcək – 

"Bu, "Əmək pensiyaları haqqında" qanunun tələblərinə uyğundur və artıq növbəti ilin yanvarından etibarən 2025-ci ildə orta aylıq əmək haqqındakı artım faizinə uyğun olaraq bütün növ əmək pensiyaları artırılacaq. Bu artımlar əmək pensiyası alan bütün vətəndaşlar üçün nəzərdə tutulur. Söhbət 100 min-dən artıq vətəndaşın pensiyasının indeksləşdirilərək artırılmasından gedir. Həm yaşa görə, həm əlilliyə görə, həm də valideyn itirməyə görə əmək pensiyası alan vətəndaşların pensiya məbləği gələn ildən etibarən indeksləşdirmə nəticəsində artacaq".

Millət vəkili qeyd edib ki, sosial qanunvericiliyin mütəmadi təkmilləşdirilməsi Milli Məclisin əsas fəaliyyətlərindən biridir:

"Əmək və sosial siyasət komitəsi tərəfindən müzakirə edilən qanun layihələri və gələcəkdə müzakirəyə çıxarılacaq layihələr birbaşa sosial təminatın və müdafiənin gücləndirilməsinə, həmçinin bu istiqamətdə qanunverici bazanın təkmilləşdirilməsinə xidmət edir. Bütövlükdə qanunvericiliyin təkmilləşdirilməsi əsas prioritet olaraq qalır və bununla bağlı mütəmadi təkliflərin təqdimatı və layihələrin müzakirəsi müşahidə olunur. Sözsüz ki, artımların, xüsusən də əməkhaqqı və pensiya artımlarının müəyyən edilməsi Milli Məclisin səlahiyyətinə daxil deyil. Cənab Prezident tərəfindən sərəncam imzalandıqdan sonra qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılır. Milli Məclis bu istiqamətdə qanunvericiliyi formalaşdırır. Minimum pensiya ilə bağlı qanun minimum əmək haqqı ilə əlaqələndirilir", – deyə Vüqar Bayramov əlavə edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv