Mikayıl Cabbarov amerikalı nümayəndələrlə Orta Dəhlizi müzakirə etdi

Mikayıl Cabbarov amerikalı nümayəndələrlə Orta Dəhlizi müzakirə etdi






presstv

"Presstv"az #ABŞ, #Audi, #Avropa, #Azərbaycan, #Ermənistan, #Mikayıl Cabbarov, #Naxçıvan Muxtar Respublikası, #Nəqliyyat, #Orta Dəhliz, #Vaşinqton

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ-nin özəl sektor nümayəndələri ilə əməkdaşlıq perspektivləri və yeni əlaqələrin qurulması məsələləri müzakirə olunub.

presstvaz xəbər verir ki, İqtisadiyyat naziri Mikayıl Cabbarov ABŞ-nin Orta Dəhliz üzrə Sertifikatlaşdırılmış Ticarət Missiyasının nümayəndələri ilə görüşüb.

Görüşdə cari ilin 8 avqust tarixində Vaşinqtonda Azərbaycan və ABŞ prezidentlərinin, habelə Ermənistanın Baş nazirinin iştirakı ilə aparılmış müzakirələrin və imzalanmış sənədlərin Azərbaycan-ABŞ əlaqələri üçün yeni perspektivlər açdığı, Naxçıvan Muxtar Respublikasına maneəsiz gediş-gəlişi təmin edəcək layihənin strateji əhəmiyyəti diqqətə çatdırılıb.

Azərbaycan-ABŞ strateji tərəfdaşlığının genişləndirilməsinin Orta Dəhliz boyunca ticarət və enerji marşrutlarının şaxələndirilməsi, region ölkələri üçün iqtisadi faydaların artırılmasında önəmi vurğulanıb. Azərbaycanın mühüm nəqliyyat-tranzit mövqeyi, Avropa və Asiyanı birləşdirən Dəhliz vasitəsilə ticarət axınlarını artırmaq məqsədilə həyata keçirdiyi təşəbbüslər və infrastruktur layihələri qeyd olunub. Bu istiqamətdə Mərkəzi Asiya ölkələri ilə strateji əlaqələrin möhkəmləndirildiyi bildirilib.

Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm rolu, bərpaolunan enerji resurslarının inkişafı və Avropaya ötürülməsi üzrə reallaşdırılan layihələrin strateji əhəmiyyətindən bəhs edilib.

Görüşdə ABŞ-nin özəl sektor nümayəndələrinin ölkəmizdə ticarət, enerji, infrastruktur və logistika imkanları ilə tanış olması, müvafiq sahələrdə əməkdaşlıq perspektivlərinin dəyərləndirilməsi və yeni əlaqələrin qurulması məsələləri müzakirə olunub. ABŞ şirkətləri ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühitindən yararlanmağa dəvət edilib.

11:22

İqtisadiyyat naziri Mikayıl Cabbarov ABŞ-nin Orta Dəhliz üzrə Sertifikatlaşdırılmış Ticarət Missiyasının nümayəndələri ilə görüşüb.

presstvaz xəbər verir ki, bu barədə nazir öz “X” hesabında paylaşım edib.

“Azərbaycan-ABŞ strateji tərəfdaşlığının genişləndirilməsinin Dəhliz boyunca ticarət və enerji marşrutlarının şaxələndirilməsi, region ölkələri üçün iqtisadi faydaların artırılmasında önəmini vurğuladıq. Azərbaycanın mühüm nəqliyyat -tranzit mövqeyini, Avropa və Asiyanı birləşdirən Dəhliz vasitəsilə ticarət axınlarını artırmaq məqsədilə həyata keçirdiyi təşəbbüsləri və infrastruktur layihələrini diqqətə çatdırdıq. ABŞ şirkətlərini ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühitindən yararlanmağa dəvət etdik”, – deyə nazir bildirib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv