Azərbaycan Prezidenti tacikistanlı həmkarına təbrik mətkubu göndərdi

Azərbaycan Prezidenti tacikistanlı həmkarına təbrik mətkubu göndərdi






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #İlham Əliyev, #Tacikistan, #Təbrik

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Prezident İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmona təbrik məktubu göndərib.

presstvaz President.az-a istinadən xəbər verir ki, məktubda deyilir:

“Tacikistan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram.

Sizin müdrik rəhbərliyiniz altında qardaş Tacikistanda sosial-iqtisadi sahədə əldə edilən uğurlar, ölkənin beynəlxalq nüfuzunun artması bizi sevindirir.

Azərbaycan ilə Tacikistan arasında münasibətlərin hazırkı yüksək səviyyəsi xalqlarımızın bir-birinə bəslədiyi dərin hörmət və etimaddan irəli gəlir. Bu ortaq iradədən qaynaqlanan dövlətlərarası əlaqələrimizin yüksələn xətlə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə çatması məmnunluq doğurur.

Ali səviyyədə qarşılıqlı anlaşmanın mövcudluğu müxtəlif sahələrdə münasibətlərimizin genişlənməsi üçün əlverişli zəmin yaradır. Cari ilin iyulunda Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşündə iştirakınızı və Sizinlə görüşümüzü ən xoş təəssüratlarla xatırlayıram.

Əminəm ki, mövcud imkanlardan istifadə edərək birgə səylərimizlə Azərbaycan ilə Tacikistan arasında dostluq əlaqələrinin inkişafına, qarşılıqlı fəaliyyətimizin daha da dərinləşməsinə nail olacağıq.

Hörmətli Emoməli Şərifoviç, belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş Tacikistan xalqına daim əmin-amanlıq, rifah və firavanlıq diləyirəm”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv