Mövsüm dəyişikliyi zamanı bədənimizi viruslardan necə qoruya bilərik?

Mövsüm dəyişikliyi zamanı bədənimizi viruslardan necə qoruya bilərik?






presstv

"Presstv"az #Düzgün qidalanma, #Həkim, #Qrip, #Soyuqdəymə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Fəsil dəyişkənlikləri, xüsusilə də yaydan payıza və payızdan qışa keçid dövrləri insan sağlamlığı üçün riskli sayılır. Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu dövrlərdə havaların dəyişkən olması virus infeksiyalarının yayılmasına əlverişli şərait yaradır.

Bəs virusa tutulmamaq üçün hansı nüanslara diqqət etməliyik? 

presstvaz xəbər verir ki, səhiyyə üzrə mütəxəssislərin bildirdiyinə görə, temperaturun gündəlik fərqlə dəyişməsi orqanizmin müdafiə sisteminə təsir edir, immunitet zəiflədikcə isə qrip, soyuqdəymə və digər respirator infeksiyalara yoluxma halları artır.

"Fəsil dəyişkənliyi zamanı xüsusilə uşaqlar, yaşlılar və xroniki xəstəlikləri olan şəxslər risk qrupuna daxildir", – deyə infeksionist həkimlər bildirirlər.

Mütəxəssislər vətəndaşlara profilaktik tədbirlərə ciddi yanaşmağı, düzgün qidalanma, kifayət qədər yuxu, gigiyena və havanın dəyişməsinə uyğun geyimlər seçməyi tövsiyə edirlər. Eləcə də qapalı və sıx məkanlarda maska istifadəsi və əllərin mütəmadi dezinfeksiyası vacib sayılır.

Həkimlər bu dövrdə vitamin və minerallarla zəngin qidaların qəbulunu artırmağı, xüsusilə C vitamini, sink və D vitamini ilə zəngin qidalara üstünlük verilməsini tövsiyə edirlər.

Qeyd edək ki, viruslardan qorunmağın ən effektiv yolu güclü immun sisteminə sahib olmaq və şəxsi gigiyena qaydalarına əməl etməkdir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv