"Hyundai" zavoduna basqın – 475 nəfər saxlanıldı

"Hyundai" zavoduna basqın – 475 nəfər saxlanıldı






presstv

"Presstv"az #ABŞ, #Araşdırma, #Avto, #Elektrikli avtomobil, #Hadisə, #Hyundai, #Mətbuat konfransı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ hüquq-mühafizə orqanları avtomobil nəhəngi "Hyundai"nin Corciya ştatındakı elektrikli avtomobil akkumulyatoru zavoduna reyd keçirib.

presstvaz xəbər verir ki, Daxili Təhlükəsizlik Departamentinin açıqlamasına görə, əməliyyatda İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE), Federal Təhqiqat Bürosu (FTB) və əyalət polisi iştirak edib. Basqın "qeyri-qanuni məşğulluq və digər federal cinayətlərlə bağlı istintaq" çərçivəsində aparılıb.

Məlumata əsasən, vizası bitmiş və ya qanunsuz şəkildə zavodda olan 475 nəfər saxlanılıb. Onların bir qisminin birbaşa "Hyundai"də deyil, müxtəlif vasitəçi şirkətlərdə çalışdığı bildirilib.

Şirkət yayımladığı bəyanatda saxlanılanların birbaşa "Hyundai Motor Company" işçiləri olmadığını vurğulayıb:

"Vəziyyəti yaxından izləyirik və dəqiq şərtləri anlamaq üçün araşdırmalar davam edir."

Hadisə ilə bağlı əlavə təfərrüatların Daxili Təhlükəsizlik Departamentinin keçirməsi planlaşdırılan mətbuat konfransında açıqlanacağı gözlənilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv