Stressin ən təbii dərmanı

Stressin ən təbii dərmanı






presstv

"Presstv"az #Araşdırma, #Depressiya, #Günəş, #Stres

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Kolorado Universitetinin alimləri sübut ediblər ki, həftədə cəmi bir neçə dəfə bağçılıqla məşğul olmaq stresi əhəmiyyətli dərəcədə azaldır.

presstvaz xəbər verir ki, tədqiqatın nəticələri ilə bağlı "AP News" məlumat yayıb.

Araşdırmada iki qrup iştirak edib: birinci qrup ictimai bağda çalışaraq toxum və şitillərlə bağlı məşğələlərdə iştirak edib, ikinci qrup isə iki il ərzində ümumiyyətlə bağçılıqla məşğul olmayıb. Nəticədə bağçılıqla məşğul olanlarda sosial əlaqələr güclənib, stress səviyyəsi aşağı düşüb, həmçinin onların fiziki aktivliyi həftəlik orta hesabla 42 dəqiqə artıb. Bundan başqa, yığdıqları məhsul hesabına lif qəbulu 7% çoxalıb.

Mütəxəssislər bildirirlər ki, bağçılıq anksiyete və depressiyanın simptomlarını azaldır, sakitlik hissini artırır. Hətta bu sahə "bağçılıq terapiyası" kimi ayrıca istiqamətə çevrilib.

Alimlərin sözlərinə görə, torpaqla təmas orqanizmi faydalı mikroblarla zənginləşdirir, günəş işığı isə serotonin, yəni xoşbəxtlik hormonunu artırır. Bağçılıq həm bədəni, həm də beyni məşq etdirir, yaradıcılığı və problem həll etmə bacarığını inkişaf etdirir. /Axşam.az


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv