“US Open” turnirində finala yüksələn kişi tennisçilər bəlli oldu

“US Open” turnirində finala yüksələn kişi tennisçilər bəlli oldu






presstv

"Presstv"az #ABŞ, #Audi, #Belarus, #Böyük Dəbilqə, #Fransa, #İtaliya, #Kanada, #Tennis

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ-də keçirilən mötəbər “US Open” tennis turnirində kişilər arasında finalçılar müəyyənləşib.

presstvaz xəbər verir ki, turnirin finalında dünya tennisinin iki parlaq ulduzu – italiyalı Yannik Sinner və ispaniyalı Karlos Alkaras qarşılaşacaqlar.

İtaliyanın son illərdəki ən uğurlu tennisçisi olan Sinner yarımfinalda kanadalı Feliks Ojye-Alyassim üzərində inamlı qələbə qazanaraq finala yüksəlib.

Bu nəticə ilə o, “US Open” tarixində ardıcıl iki il finala çıxan nadir tennisçilərdən birinə çevrilib.

Digər tərəfdə isə ispaniyalı gənc ulduz Karlos Alkaras yarımfinalda tennis əfsanəsi Novak Çokoviçi məğlub edərək adını finala yazdırıb.

Qeyd edək ki, Sinner və Alkaras bu il Rolan Qarrosda (Fransa) və Uimbldonda (Britaniya) baş tutan “Böyük Dəbilqə” (BD) turnirlərinin finalında görüşüblər və hərəyə bir qələbə qazanıblar. Bazar günü mövsümün sonuncu BD turnirində Sinner 5-ci, Alkaras isə 6-cı kubokunu qazanmağa çalışacaq.

Xatırladaq ki, qadınların finalında belaruslu Arina Sabalenka ABŞ-li Amanda Anisimova ilə qarşılaşacaq.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv