Zədələnmiş sümüklərin sürətli bərpasına imkan verən cihaz yaradılıb

Zədələnmiş sümüklərin sürətli bərpasına imkan verən cihaz yaradılıb






presstv

"Presstv"az #ABŞ, #Audi, #Cənubi Koreya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Cənubi Koreya və ABŞ tədqiqatçıları sümüklərin zədələnmiş hissələrini birbaşa xəstənin bədəni daxilində “çap” etməyə imkan verən cihaz yaradıblar.

presstvaz xəbər verir ki, bu texnologiya ilk olaraq dovşanlar üzərində sınaqdan keçirilib və nəticələri “Device” elmi jurnalında təqdim olunub.

Məlumata görə, alimlər davamlı polimer materialların kompozitindən və sümük toxumasının mineral hissəsinin sintetik analoqundan istifadə etməklə xəstənin daxilində zədəli sümük hissələrini əvəz etmək üçün yenilərini çap edəcəklər.

Bildirilir ki, yeni cihaz 3D çap sisteminin analoqudur, lakin çox yığcam ölçülərə malikdir. Onun işini əllə idarə etmək olar ki, bu da cərrahlara əməliyyatlar zamanı çapın istiqamətini, bucağını və dərinliyini çevik şəkildə tənzimləməyə imkan verir. Bu prosedur bir neçə dəqiqə ərzində həyata keçirilə bilər və ilkin hazırlıq tələb etmir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv