Bu il ölkədə neçə etik normalara zidd reklamın yayımı dayandırılıb? – AÇIQLAMA

Bu il ölkədə neçə etik normalara zidd reklamın yayımı dayandırılıb? – AÇIQLAMA






presstv

"Presstv"az #Azərbaycan, #Dövlət Reklam Agentliyi, #Dövlətə xəyanət, #İnzibati Xətalar Məcəlləsi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Cari il ərzində Azərbaycan Dövlət Reklam Agentliyinin (ADRA) həyata keçirdiyi nəzarət tədbirləri çərçivəsində etik normalara zidd 15 sayda reklamın yayımı dayandırılıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq ADRA-dan məlumat verilib.

Bildirilib ki, həmin reklamları yerləşdirilən yayıcılarla qanunvericilik aktlarının tələbləri barədə maarifləndirici söhbətlər aparılıb.

Məlumatda vurğulanıb ki, açıq məkanda reklam yerləşdirməzdən əvvəl ADRA-dan icazə alınmalıdır. Reklam yayımı üçün təqdim olunan eskizlər qanunvericiliyin tələblərinə uyğun olmadıqda həmin reklamların yerləşdirilməsinə icazə verilmir.

"Reklam haqqında" Qanunun 4-cü maddəsinə əsasən, reklam dövlət əleyhinə yönələn açıq çağırışlara, dövlətə xəyanətə, terrorçuluğa, zorakılığa, təcavüzə, milli mənəvi dəyərlərə, insanların həyat və sağlamlığına, şərəf və ləyaqətinə, dini və siyasi əqidəsinə, ictimai təhlükəsizliyə, ətraf mühitə ziyan vura biləcək hərəkətlərə təhrik etməməlidir. Reklamda Azərbaycan Respublikasının dövlət rəmzlərinin və atributlarının təhrifinə, etik normalara zidd hallara yol verilməməlidir.

Qeyd olunan tələblərə əməl edilməməsi "Reklam haqqında" Qanunun pozulması deməkdir və bu zaman Agentlik tərəfindən müvafiq reklamların yayımının dayandırılması istiqamətində "Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası"nın müddəaları çərçivəsində zəruri tədbirlər görülür, eləcə də reklam yayıcıları İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar.

İnzibati Xətalar Məcəlləsinin tələbinə əsasən "Reklam haqqında" Qanunun və digər qanunvericilik aktlarının tələblərinə cavab verməyən reklamın açıq məkanda yerləşdirilməsinə görə 300 manatdan 10 min manatadək inzibati cərimə nəzərdə tutulur.

Qeyd edilib ki, Agentlik tərəfindən açıq məkanda yerləşdirilən reklamların etik normalara və milli mənəvi dəyərlərə uyğunluğunun yoxlanılması istiqamətində mütəmadi monitorinqlər həyata keçirilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv