Milli Qəhrəman Hökumə Əliyevanın atası: “Bizə Rusiya tərəfindən hər hansı ödəniş edilməyib”

Milli Qəhrəman Hökumə Əliyevanın atası: “Bizə Rusiya tərəfindən hər hansı ödəniş edilməyib”






presstv

"Presstv"az #Ailə, #Aktau, #Aktau şəhəri, #Audi, #Azərbaycan, #Bakı, #Hava Yolları, #Hökumə Əliyeva, #Qazax, #Qazaxıstan, #Qırğızıstan, #Qroznı, #Rusiya, #Rusiya XİN, #təyyarə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rusiya Xarici İşlər Nazirliyi 2024-cü ilin dekabrında Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş verən “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin qəzası ilə bağlı, ümumilikdə, 1.003 milyard rubl məbləğində sığorta vəsaitinin ayrıldığını iddia edib.

Həmçinin qeyd olunub ki, xəsarət alan və həlak olanların ailələrinə 358.4 milyon rubl ödəniş edilib.

“15 Rusiya vətəndaşından 7-si, 38 Azərbaycan vətəndaşından 35-i, Qırğızıstan vətəndaşlarından 3-ü, Qazaxıstan vətəndaşlarından 6-nın hər birinə ödənişlər tam ödənilib. Bu günə kimi təyyarənin xəsarət almış sərnişinlərinə və ölənlərin yaxınlarına ümumilikdə 358.4 milyon rubl sığorta ödənişi edilib”, – Rusiya XİN-in məlumatında bildirilib.

Məsələ ilə bağlı presstvaz-a danışan Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Alıyev Rusiyanın ödənişlər həyata keçirməsi ilə bağlı iddialarını yalanlayıb.

Onun sözlərinə görə, Rusiya tərəfi yalan məlumat paylaşır:

“Qəza baş verən andan bu günə kimi bizə Rusiya tərəfindən hər hansı ödəniş edilməyib. Bu məsələ ilə bağlı heç bir məlumatımız yoxdur. Səsləndirilən rəqəmlər həqiqəti əks etdirmir”.

Xatırladaq ki, 2024-cü il dekabrın 25-də AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin (37-si Azərbaycan, 16-sı Rusiya, altısı Qazaxıstan və üçü Qırğızıstan vətəndaşı), beş ekipaj üzvü olub. Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv