Makler evləri alanları gözləyən təhlükə – VİDEO

Makler evləri alanları gözləyən təhlükə – VİDEO






presstv

"Presstv"az #Abşeron rayonu, #Masazır qəsəbəsi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Abşeron rayonu Masazır qəsəbəsində fərdi yaşayış evində baş verən və ana ilə qızının yanaraq ölməsi ilə nəticələnən yanğında diqqət çəkən əsas məqamlardan biri də evlərin bir-birinə həddən artıq yaxın tikilməsi oldu…

presstvaz Xəzər TV-yə istinadən bildirir ki, ekspertlər bildirirlər ki, bu kimi faciələr məhz nəzarətsiz inşa edilən və ya tikintisi zamanı göz yumulan makler evlərinin toplandığı məhəllələrdə qaçılmazdır.

Son illər xüsusilə fərdi yaşayış məhəllələrində yeni tikililərin əksəriyyəti maklerlər vasitəsilə aparılır. Tikinti ucuz başa gəlsin deyə, bu evlər arasında minimum ara məsafəsinin saxlanılması çox vaxt gözardı edilir. Dar küçələr, çarpaz hasarlar və sıx tikililər isə yanğın və digər fövqəladə hallarda təhlükəni qat-qat artırır.

Mütəxəssislərin sözlərinə görə, belə sıx tikintilər zamanı norma və qaydalara çox vaxt nəzərə alınmır. Bu da həm insanların həyatını, həm də əmlakını birbaşa risk altında qoyur.

Qanunvericilikdə bu məsələ ilə bağlı açıq şəkildə tələblər var. Qaydalara əsasən, hər evin inşasında müəyyən standartlara əməl olunmalıdır. əks halda, bu cür fəsadların qarşısını almaq mümkün deyil. Başqa sözlə, bir evlə digərinin arasında minimum evin hündürlüyünün 30 %-i ölçüsündə məsafə saxlanmalıdır.

Ekspertlər hesab edirlər ki, vətəndaşlar ev alan zaman mütləq şəkildə mütəxəssislərlə məsləhətləşməlidirlər. Tikintinin keyfiyəti ilə bağlı rəy almalıdır. Əks halda gələcəkdə bu tip tikililərin sənədləşməsində də ciddi problemlər yaşana bilər.

Daha ətraflı videomaterialı təqdim edirik. 

presstvaz


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv