“TikTok” və “Instagram”da qadınların səhifələrinə kiberhücumlar edən şəxs saxlanılıb

“TikTok” və “Instagram”da qadınların səhifələrinə kiberhücumlar edən şəxs saxlanılıb






presstv

"Presstv"az #Araşdırma, #Audi, #Cinayət işi, #Kibercinayətkarlıq, #Sosial şəbəkələr, #TikTok, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən sosial şəbəkə və digər onlayn platformalarda vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə əməliyyat-profilaktik tədbirlər davam etdirilir.

presstvaz xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Məlumata görə, növbəti tədbir zamanı “TikTok”, “Instagram” və bu kimi sosial şəbəkələrdən istifadə edən qadınların səhifələrinə kiberhücumlar edərək şəxsi məlumatlarını ələ keçirən 22 yaşlı Rəşad Məmmədov saxlanılıb.

Araşdırmalarla müəyyən olunub ki, R.Məmmədov zərərçəkənlərə məxsus video, eləcə də fotolara xüsusi proqramlar vasitəsilə qeyri-etik səs effektləri və məlumatlar əlavə edərək sosial şəbəkələrdə özünə məxsus olan səhifələrdə paylaşıb. Görüntüləri paylaşılan şəxslərlə əlaqə saxlayan R.Məmmədov onların adına saxta səhifələr yaratdığını bildirib və hədə-qorxu gələrək rüsvayedici profillərin silinməsi müqabilində müxtəlif məbləğlərdə pul tələb edib.

Faktlarla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. R.Məmmədov təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilməklə barəsində istintaq müddətində həbs qətimkan tədbiri seçilib.

Onun bu kimi qanunsuz hərəkətləri nəticəsində zərərçəkən digər şəxslərin də dairəsinin müəyyən olunması istiqamətində tədbirlər davam etdirilir.

 

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv