Dağılma təhlükəsində olan abidə: Şirvanşahların yadigarı baxımsız vəziyyətdə

Dağılma təhlükəsində olan abidə: Şirvanşahların yadigarı baxımsız vəziyyətdə






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Kitab, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Baku TV bir çoxlarının bilmədiyi, indiyədək ziyarət etmədiyi tarixi məkan – orta əsrlərə aid Səngəçal karvansarası haqqında reportaj hazırlayıb.

Tarix üzrə fəlsəfə doktoru Fariz Xəlillinin sözlərinə görə, karvansara Azərbaycanın orta əsrlər dövrü tarixini və memarlığını öyrənmək üçün mühüm tarixi obyektlərdən biridir:

“Bunu Şirvanşahlar dövlətinin çiçəklənmə dövrünün ən yaxşı nümunələrindən biri də hesab edə bilərik. Çünki burada gördüyünüz ərəb əlifbası ilə yazılmış kitabə abidənin Şirvanşah I Xəlilullahın dövründə, daha dəqiq desək, 1439-1440-cı illərdə inşa olunduğunu göstərir”.

Fariz Xəlilli bildirib ki, hazırda baxımsız vəziyyətdə olan abidədə sovet dövründə bərpa işləri aparılıb:

“Bu, 1950-ci, eləcə də 1980-ci illərə təsadüf edir. XV əsrin memar və mühəndisləri karvansaranı möhtəşəm tiksələr də, XX əsrin memar və mühəndisləri onu çox zəif bərpa etdikləri üçün onların səhvləri nəticəsində abidədə aşınmalar yaranıb. Mən bir mütəxəssis kimi bu abidənin bərpasının deyil, konservasiya olunmasının tərəfdarıyam. Bu, çox böyük vəsait də tələb etmir”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv