İlon Maskla bağlı yeni qalmaqal

İlon Maskla bağlı yeni qalmaqal






presstv

"Presstv"az #ChatGPT, #Dollar, #İlon Mask, #Kaliforniya, #OpenAI, #Süni intellekt, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İlon Maskın süni intellekt sahəsində fəaliyyət göstərən xAI şirkəti, keçmiş əməkdaşın Grok adlı çat-botla bağlı kommersiya sirrinə aid məlumatları oğurlayaraq rəqib şirkət OpenAI-ə ötürməsi iddiası ilə məhkəməyə müraciət edib.

presstvaz xəbər verir ki, xAI iddianı keçən həftənin cümə axşamı Kaliforniya federal məhkəməsinə təqdim edib. Sənəddə qeyd olunur ki, Xuechen Li adlı keçmiş əməkdaş avqust ayının əvvəlində ChatGPT-nin təklif etdiklərindən üstün funksiyalara malik qabaqcıl süni intellekt texnologiyaları ilə bağlı konfidensial məlumatları oğurlayıb və həmin gizli məlumatlardan OpenAI-dəki yeni işində istifadə etmək niyyətində olub.

Dəqiqləşdirilmiş məlumata görə, OpenAI bu işdə cavabdeh deyil. İddiada göstərilir ki, Xuechen Li ötən il xAI şirkətində mühəndis kimi işləməyə başlayıb. Onun vəzifə dairəsinə Grok-un təlimi və hazırlanmasında iştirak daxil olub. xAI iddia edir ki, Li iyul ayında OpenAI-dən iş təklifi qəbul etdikdən və xAI-dakı səhmlərini 7 milyon dollara satdıqdan sonra şirkətin kommersiya sirlərinə çıxış əldə edib. İddiada qeyd olunur ki, bu məlumatlar OpenAI-yə ChatGPT məhsulunu gücləndirməyə, ona daha innovativ süni intellekt və xAI-a məxsus orijinal funksiyalar əlavə etməyə kömək edə bilər.

İddiada həmçinin qeyd olunur ki, Li 14 avqust tarixində keçirilmiş görüş zamanı şirkətə məxsus faylları oğurladığını və izləri itirməyə cəhd etdiyini etiraf edib, daha sonra isə onun cihazlarında gizlədiyi əlavə oğurlanmış materiallar aşkar edilib. xAI iddiasında göstərilməmiş məbləğdə pul kompensasiyasının ödənilməsini, həmçinin Li-nin OpenAI-də işləməsinə məhkəmə qadağası qoyulmasını tələb edir. Bu iddia Mask ilə OpenAI arasındakı münasibətləri daha da gərginləşdirib. Keçən il o, şirkətə və onun baş direktoru Sam Altman-a qarşı guya qeyri-kommersiya məqsədi ilə işləməkdən imtina etdiklərinə görə məhkəməyə müraciət etmişdi. Aprel ayında isə OpenAI Maska qarşı qarşılıqlı iddia qaldıraraq onu təqibdə ittiham edib. /Lent.az


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv