“Silk Way West Airlines” şirkətinin üçüncü “Boeing 777” yük təyyarəsi Bakıya gəlib

“Silk Way West Airlines” şirkətinin üçüncü “Boeing 777” yük təyyarəsi Bakıya gəlib






presstv

"Presstv"az #Audi, #Avropa, #Bakı, #Beynəlxalq Hava Limanı, #Gəmi, #Hadisə, #Heydər Əliyev, #təyyarə, #Xəzər dənizi, #Yaxın Şərq

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Silk Way West Airlines” üçüncü “Boeing 777” yük təyyarəsinin Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş etdiyini qürurla elan edir. Bu hadisə strateji donanma yeniləmə proqramında növbəti mərhələni ifadə edir. Təyyarə birbaşa “Boeing”in Sietldakı istehsal bazasından Bakıya gətirilərək, aviaşirkətin artmaqda olan yeni nəsil yük təyyarələri parkına qoşuldu.

Bu addım “Silk Way West Airlines” şirkətinin 2030-cu ilə qədər çatdırılması nəzərdə tutulan 10 ədəd “Boeing 777F” təyyarəsi sifarişinin bir hissəsidir. Yeni yük gəmiləri mərhələli şəkildə köhnə təyyarələri əvəz edəcək, bu isə istismar səmərəliliyini əhəmiyyətli dərəcədə artıracaq və ətraf mühitə təsiri azaldacaq. Bu təşəbbüs şirkətin karbon emissiyalarının azaldılması və yanacaq səmərəliliyinin artırılması da daxil olmaqla ekoloji məqsədlərinə nail olmaq istiqamətində davamlı səylərini əks etdirir.

“Silk Way West Airlines” şirkətinin prezidenti Volfqanq Mayer üçüncü “Boeing 777F” təyyarəsinin gəlişini aviaşirkətin uzunmüddətli inkişaf strategiyasında daha bir mühüm addım adlandırıb:

“Donanmamızı müasir və yanacağa qənaətli təyyarələrlə genişləndirməklə, biz təkcə qlobal bazardakı mövqeyimizi gücləndirmirik, həm də ekoloji məsuliyyət prinsiplərinə sadiqliyimizi təsdiqləyirik. Bu sərmayələr müştərilərimizin dəyişən ehtiyaclarını əks etdirməklə yanaşı, qarşıdakı illərdə davamlı inkişaf vizyonumuzu da dəstəkləyir”.

2012-ci ildə İpək Yolunun mərkəzi olan Bakıda təsis edilmiş “Silk Way West Airlines” şirkəti dünyanın 40-dan çox istiqamətinə hər ay yüzlərlə uçuş həyata keçirir. Bu gün aviaşirkətin donanmasına “Boeing 777F”, “Boeing 747-8F” və “Boeing 747-400F” təyyarələri daxildir ki, bu da ildə 500 min tondan artıq yük daşınmasına imkan verir. Şirkət 2030-cu ilə qədər iki “Boeing 777F”, iki “Boeing 777-8F” və iki “Airbus A350F” təyyarəsinin təhvil alınmasını gözləyir ki, bu da onun davamlılıq və modernləşmə proqramını daha da gücləndirir.

“Silk Way West Airlines” haqqında:

“Silk Way West Airlines” Xəzər dənizi və Mərkəzi Asiya regionunun aparıcı yükdaşıma aviaşirkətidir. Aviaşirkət Bakının Heydər Əliyev Beynəlxalq Hava Limanında yerləşərək, geniş marşrut şəbəkəsi vasitəsilə Avropanı, MDB ölkələrini, Yaxın Şərqi, Asiyanı və Amerikaları birləşdirir. Yeniliklərə, davamlı inkişafa və yüksək xidmət standartlarına əsaslanan “Silk Way West Airlines” dünya hava yükdaşıma sahəsində standartların yüksəldilməsinə mühüm töhfə verir.

Daha ətraflı məlumat üçün: www.silkwaywest.com


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv