“Ənsar Allah” hökumətin 11 üzvünün öldüyünü təsdiqlədi

“Ənsar Allah” hökumətin 11 üzvünün öldüyünü təsdiqlədi






presstv

"Presstv"az #Audi, #Husilər, #İsrail, #Sosial şəbəkələr, #Yəmən

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Yəmənin “Ənsar Allah” hərəkatından olan husilər nəzarət etdikləri ərazini idarə etmək üçün yaradılmış hökumətin 11 üzvünün öldüyünü təsdiqləyiblər.

presstvaz xəbər verir ki, bu barədə Yəmən üsyançılarına məxsus “Saba” xəbər agentliyi məlumat yayıb.

Avqustun 28-də İsrailin Yəmənin paytaxtı Sənaya endirdiyi zərbə nəticəsində ədliyyə naziri Mücahid Əhməd, iqtisadiyyat naziri Muin əl-Mahakri, kənd təsərrüfatı naziri Radvan ər-Rubai, xarici işlər naziri Camal Amer, energetika naziri Əli Həsən, mədəniyyət naziri Əli əl-Yəfai, əmək naziri Samir Bacala, informasiya naziri Haşim Şərafəddin, idman naziri Məhəmməd Əl-Mövlid, hökumət aparatının rəhbəri Məhəmməd Əl-Qabsi və hökumətin dəftərxanasının katibi Zahid Əl-Amdi öldürülüb.

Daha əvvəl “Ənsar Allah” hərəkatı husi hökumətinin azı 10 üzvünün İsrail əməliyyatının qurbanı olduğunu bildirib. Şənbə günü üsyançılar baş nazir Əhməd Qalib ər-Rahavinin ölümünü rəsmən təsdiqləyiblər, onun yerinə birinci müavini Məhəmməd Miftah gəlib.

İsrailin hücumundan dərhal sonra sosial şəbəkələrdə zərbənin əsas hədəfi hesab edilən husilərin müdafiə naziri Məhəmməd Nasir əl-Atefinin ölümü ilə bağlı təsdiqlənməmiş xəbərlər yayılıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv